Gürcüstanla separatçı Cənubi Osetiya arasında gərginlik
Tarix: 18.09.2013 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Gürcüstan tərəfi separatçı Cənubi Osetiya ilə təmas xəttində yerli sakinlərin təhlükəsizliyini maksimal təmin etmək üçün tədbirlər görməlidir.
“Georgia Online” xəbər verir ki, bu barədə Gürcüstan DİN-in İnformasiya-Analitik Departamentinin nümayəndəsi Kaxa Kemoklidze bildirib. Xatırladaq ki, sentyabrın 17-də Cənubi Osetiya ilə təmas xəttində yerləşən Ditsi kəndində yerli sakinlərlə təmas xəttində demarkasiya işləri həyata keçirən Rusiya hərbçiləri arasında insident yaşanıb. Qeyd edək ki, Rusiya hərbçiləri tərəfindən aparılan sərhədçəkmə işləri nəticəsində yerli sakinlərin bir neçə evi və kənd qəbiristanlığı tikanlı məftillərlə ayrılaraq işğal altında olan əraziyə birləşdirilib. “Cənubi Osetiya ilə təmas xəttində yerli sakinlərin təhlükəsizliyini maksimal təmin etmək üçün patrul dəstələrinin sayı artırıla bilər. Bundan başqa, sözsüz, qeyd etmək lazımdır ki, bu gün mübarizə xətti diplomatiya üzərindən keçir. Mən əminəm ki, DİN, XİN və Reinteqrasiya Nazirliyi bu istiqamətdə fəal işləri davam etdirəcəklər. Bütün Qərb tərəfdaşlarımız baş verənlərdən məlumatlı olmalıdır” - deyə Kemoklidze bildirib.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”
18.01.2019
Ermənistan-İran münasibətlərində gərginlik yarana bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info