İran prezidenti Qoşulmama Hərəkatında katiblik vəzifəsini ləğv edib
Tarix: 18.09.2013 | Saat: 23:09:00 | E-mail | Çapa göndər


İran prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatında (NAM) katiblik vəzifəsini ləğv edib. Bunu NAM-ın baş katibinin müavini Əmirhüseyn Zamaniya bildirib.
Onun sözlərinə görə, İran prezidenti katibliyin fəaliyyətinin davam etdirilib-etdirilməməsi ilə bağlı bir nəticəyə gəlmək üçün onun işinin araşdırılmasına dair göstəriş verib: “Araşdırmalar başa çatdıqdan sonra bu qurumun məsuliyyəti İran Xarici İşlər Nazirliyinə həvalə ediləcək. Artıq İran prezidentinin fərmanına əsasən katiblik bağlanıb və bu işin məsuliyyəti İranın xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavininə tapşırılıb”. Qeyd edək ki, NAM-da katiblik vəzifəsi 2012-ci ilin dekabrında quruma üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilmiş XVI toplantısından sonra təsis edilib. İranın eks-prezidenti Mahmud Əhmədinejad həmin vəzifəyə qudası İsfəndiyar Rəhim Məşayini təyin edib. Artıq bununla bağlı hökumət binasına vurulmuş lövhə də götürülüb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info