Ukrayna Gömrük İttifaqına üzvlüklə bağlı referendumdan imtina edib
Tarix: 18.09.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) ölkənin Gömrük İttifaqına qoşulması ilə bağlı referendumun keçirilməsinə hazırlıq aparan təşəbbüs qrupunu qeydiyyata almaqdan imtina edib.
Keçirilən iclasda MSK-nın 13 üzvünün hamısı qeyd olunan qərara səs verib. “MSK sədrinin müavini Andrey Maqera bildirib ki, Ukraynanın Gömrük İttifaqına qoşulmasına dair referendumun keçirilməsi üzrə təşəbbüs qrupunun yaradılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət olunmayıb” - deyə açıqlamada deyilir. Açıqlamada qeyd olunub ki, Ukrayna Kommunist Partiyası təşəbbüs qrupunu yaradan toplantı barədə MSK-nı qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində məlumatlandırmayıb. Həmçinin MSK üzvünün iştirakı olmadan belə bir toplantının keçirilməsinin özünün də qanunvericiliyə zidd olduğu vurğulanıb. Maqera xatırladıb ki, MSK öz nümayəndəsini sentyabrın 8-də “Spartak” stadionunda baş tutan toplantıya göndərməyib. Buna səbəb sentyabrın 6-da Ukrayna Avropa Partiyasının iddiası əsasında məhkəmənin çıxardığı qadağa olub. Qeyd edək ki, Ukraynanın Gömrük İttifaqına qoşulması ilə bağlı referendumun keçirilməsinə Ukrayna Kommunist Partiyası və “Ukraynanın seçimi” hərəkatı çalışır.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info