AB Rusiyadan Litva mallarının yoxlanılmasına son qoymağı tələb edib
Tarix: 18.09.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Avropa Komissiyası Rusiyanı Litvadan gələn yüklərin sərhəddə gücləndirilmiş yoxlanılmasına son qoymağa çağırıb. “RBK” xəbər veriri ki, bundan öncə Litva XİN məsələ ilə bağlı Avropa Birliyinin bir sıra qurumlarına şikayət edib.
Belə ki, AB xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton, Avropa Komissiyasının vitse-prezidenti Siym Kallasa və bir sıra avrokomissarlara ünvanlanmış məktublarda Litva XİN rəhbəri Linas Linkyaviçus Rusiyanın apardığı gömrük siyasəti ilə bağlı narazılığını bildirib. Qeyd edək ki, Rusiya cari ilin sentyabrın 11-dən Litvadan gələn yüklərə gücləndirilmiş nəzarət həyata keçirir. Litva XİN hesab edir ki, bu tədbirlər ticarət və nəqliyyata ciddi problemlər yaradır. Bundan başqa, Rusiya sərhədçiləri avqustun 30-dan Litva dövlət nömrə nişanlı minik avtomobillərində də ciddi yoxlamalar aparır. Bu səbəbdən Litva XİN hətta ölkə vətəndaşlarına şəxsi avtomobillərlə Rusiyanın Kalininqrad vilayətinə getməkdən imtina etməyə çağırıb. Linas Linkyaviçus iddia edir ki, Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olarkən müqaviləyə zidd addımlar atmamağa dair öz üzərinə öhdəlik götürüb. “Lakin Rusiyanın indiki əməlləri bunu tam əksini nümayiş etdirir”, deyə nazir məktubda qeyd edib. Onun sözlərinə görə, qeyd olunan tədbirlər əsassızdır, açıq diskriminasiyadır və nəinki Litvanın, hətta bütün Avropa Birliyinin nəqliyyat və ticarət sistemlərinin rəqabətliliyinə mənfi təsir göstərir. Bundan başqa qeyd olunur ki, Rusiyanın Litvadakı səfiri Vladimir Çxikvadze XİN-ə çağırılıb və ondan yaranmış vəziyyətlə bağlı izahat tələb edilib. Avropa Birliyi hesab edir ki, Rusiya tərəfinin addımları əsassızdır və tətbiq edilən məhdudiyyətlərin dərhal aradan götürülməsini tələb edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
18.09.2018
Paşinyanın mətbuata hücumu başladı
18.09.2018
Ermənistan XİN Nikol Paşinyanın səhvlərini ört-basdır etməyə çalışır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info