Con Kerri: “Kimyəvi hücuma görə məsuliyyət Əsədin üzərinə düşür”
Tarix: 18.09.2013 | Saat: 23:24:00 | E-mail | Çapa göndər


Vitali Çurkin: “Kimyəvi hücum xarici müdaxilənin baş verməsi
məqsədilə həyata keçirilib”


ABŞ-ın dövlət katibi Con Kerri jurnalistlərlə söhbətində bildirib ki, BMT inspektorlarının məruzəsinə əsasən bu il avqustun 21-də Dəməşq yaxınlığında törədilmiş kimyəvi hücumun məsuliyyəti məhz Suriya prezidenti Bəşər Əsədin üzərinə düşür. Amerika diplomatiyasının rəhbəri senatın Xarici işlər komitəsinin üzvləri ilə görüşdən əvvəl deyib:

“Bu məruzənin təfsilatı - istifadə edilmiş döyüş sursatlarının tipi, zəhərləyici qazın növü, raketlərin tipi və onların uçuş trayektoriyası son dərəcə əhəmiyyətli faktlardır. Onlar göstərir ki, bu hücumu məhz Əsəd rejimi törədib”. Kerri bildirib ki, o, keçən həftənin sonunda Cenevrədə Suriyanın kimyəvi silahına dair əldə edilmiş çərçivə sazişi barədə qanunvericilərə məlumat verməyə hazırlaşır. Dövlət katibinin sözlərinə görə bu razılaşma çox vacibdir, çünki, o, Suriyanın bütün kimyəvi silahlarını məhv etməyə imkan verəcək. Kerri bir daha vurğulayıb ki, əgər ABŞ tərəfindən Suriyaya qarşı güc tətbiq edilməsi qorxusu olmasaydı, bu sazişə nail olmaq mümkün olmazdı. Dövlət katibi qeyd edib ki, sazişin şərtlərinin Əsəd rejimi tərəfindən yerinə yetirilməsinə təminat vermək üçün Birləşmiş Ştatlar hərbi qüvvədən istifadə etmək hədəsinə son qoymamalıdır. Qeyd edək ki, Suriya hökuməti Dəməşq ətrafındakı kimyəvi hücumlar barədə materialları rusiyalı diplomatlara təqdim edib. “İTAR TASS”ın xəbərinə görə, hazırda Dəməşqdə olan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Suriya hökuməti bu materialları kimyəvi hücumların silahlı müxalifət tərəfindən həyata keçirilməsinin göstəricisi kimi qiymətləndirir. Rusiya XİN sözügedən materialların tədqiq olunmasına başlayıb. Rusiyalı diplomatlara hansı növ informasiyaların verildiyi və onların analizi üçün nə qədər vaxt lazım olacağı açıqlanmır. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Baş Assambleyasının 68-ci sessiyasının açılışında çıxış edərkən deyib ki, Qutada həyata keçirilən kimyəvi hücum Suriya münaqişəsinə xarici müdaxilənin baş verməsi məqsədilə həyata keçirilib. Bu arada ABŞ, Böyük Britaniya və Fransa BMT-yə Suriyanın kimyəvi silahının beynəlxalq nəzarətə verilməsini dəstəkləyən qətnamə layihəsi təqdim ediblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info