“Son on ildəki nailiyyətlərimiz İlham Əliyevin adı ilə bağlıdır”
Tarix: 18.09.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


“Bu gün ölkə əhalisinin böyük əksəriyyəti mütləq şəkildə Prezident İlham Əliyevi dəstəkləyir və ona inanır”

Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın müstəqil, sürətlə inkişaf edən dünyəvi dövlət olaraq regionda liderliyinin təmin olunmasına gətirib çıxarıb. Bu baxımdan Azərbaycan cəmiyyətinin bütün təbəqələri İlham Əliyevin yürütdüyü siyasəti tam dəstəkləyir və onun davam etdirilməsini təkidlə tələb edirlər.
Bu barədə “Palitra”ya fikirlərini bildirən Azərbaycan MEA-nın Polimer Materialları İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor Məmməd Vəliyev belə qeyd etdi: “Ümummilli lider Heydər Əliyevin müdrik siyasətini uğurla, yeni məzmun və formada davam etdirən Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasında həyatın bütün sahələrində aparılan islahatların elmə və elmi biliklərə söykənməsi, gənclərin potensialının formalaşdırılması, üzə çıxarılması, təbii resursların insan resursları ilə əvəzlənməsi dayanır. Ölkəmizdə həyata keçirilən elm, təhsil, eləcə də gənclər siyasəti elmlə məşğul olan gənclərin daha səmərəli fəaliyyət göstərmələrinə münbit şərait yaradılmasına yönəldilib. Getdikcə genişlənən bu imkanlar fonunda elmi gəncliyin də üzərinə böyük məsuliyyət və vəzifələr düşür.
Prezident İlham Əliyev gənclərin inkişafına yönəlmiş fərman və sərəncamlarının əhəmiyyətini vurğulayaraq bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbul olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması və gənclər üçün Prezident mükafatının təsis edilməsi dövlətimizin başçısının müasir gəncliyə və gənc alimlərə diqqətinin parlaq nümunəsidir.
Azərbaycan dövləti digər sahələrin inkişafı ilə yanaşı, elmin inkişafına da strateji yanaşma nümayiş etdirir. Bu gün elmi-tədqiqatçıların, alimlərin araşdırmalarının dəstəklənməsi üçün dövlət tərəfindən maddi, texniki və sair yardımlar edilir. Dövlət elm adamlarının fəaliyyətinin stimullaşdırılması üçün bütün lazımi tədbirləri görür. Elmin İnkişafı Fondunun yaradılması və bu qurumun elm layihələrini hər bir istiqamət üzrə ayrıca maliyyələşdirilməsi sözügedən sahədə digər region ölkələrində və dünyada analoqu olmayan çox müsbət bir tendensiya yaradıb. Bundan başqa, ölkədə elmi-tədqiqatlar və eksperimentlər aparılması üçün texnoparkların yaradılması, AMEA-da baş verən islahatlar və sair görülən tədbirlər də elmin inkişafı və onun cəmiyyət üçün effektiv, faydalı olması, istifadə oluna bilən nəticələr verməsinə hesablanıb. Buna görə də son dövrlərdə elmin inkişafı əsasən müxtəlif elm sahələrinin sərhəddində inkişaf etməklə yeni-yeni elmi və praktik nəticələrin alınmasına gətirib çıxarır.
Ümumiyyətlə, bu istiqamətdə respublikamızda texniki və təbiət elmləri sahəsində geniş tədqiqat işləri aparılmış və hal-hazırda da davam etdirilməklə müəyyən elmi nəticələr əldə edilib ki, bu elmi nəticələrin də dünya elminin inkişafında müəyyən rolu var”.

Ölkədə beynəlxalq konfransların, sərgilərin, simpoziumların və festivalların keçirilməsi Azərbaycan elmini, mədəniyyətini və təhsilini dünyada tanıdır və təbliğ edir

Azərbaycanda insan kapitalının formalaşması prosesi ilə bağlı bildirən professor dedi ki, bu sahədə atılan addımlar onu deməyə əsas verir ki, yaxın gələcəkdə respublikamızda yeni-yeni yüksək ixtisaslı kadrların yetişməsi Azərbaycanın dünyada aparıcı yerlər sırasına çıxaracaq: Eyni zamanda, Elmin İnkişafı Fondunun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan tədqiqatların aktivliyinin təmin edilməsi və Azərbaycan elminin beynəlxalq səviyyədə layiqincə təmsil olunmasıdır. Prezident İlham Əliyevin 2010-cu il 19 fevral tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun nizamnaməsinin təsdiq edilməsi elmə qayğının yeni təzahürüdür. Odur ki, yaranmış vəziyyətlə əlaqədar elmi və intellektual elita qarşısında ciddi vəzifələr durur. Bu vəzifələr və qarşıya qoyulan məqsəd yaxın illərdə elmdə, təhsildə ümumən intelektual sahədə ciddi dönüş yaradılmasından ibarətdir.
Son dövrlərdə dövlətimizin elmin inkişafı sahəsində atdığı addımlar onu deməyə əsas verir ki, respublikada yeraltı və yerüstü sərvətlərdən əldə olunan kapitalın insan kapitalının formalaşdırılmasına yönəldilməsi istiqamətində geniş işlər aparılır. Qeyd etmək lazımdır ki, insan kapitalı hesab olunan şəxslər cəmiyyətdə əsas aparıcı qüvvə olmaqla bərabər, həm də cəmiyyətdə aparıcı yer tuturlar. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə insan kapitalının formalaşmasına dövlət səviyyəsində xüsusi diqqət göstərilir.
Elm sahəsində islahatların aparılması, sənayenin texniki və texnoloji səviyyəsinin yüksəldilməsi, innovasiya fəallığının artırılması öz növbəsində istehsalın səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. Azərbaycanın dövlət başçısının elmlə bağlı imzaladığı müxtəlif sərəncamlar müasir dövrdə elmin inkişafının zəruri olduğunu və bu istiqamətdə islahatların sürətləndirilməsinin vacib olduğunu göstərir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarda “2009-2013-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı” təsdiq edilib. Həmin dövlət proqramlarında dövrün tələbi nəzərə alınmaqla müxtəlif sahələr üzrə yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasının tələb olunduğu göstərilib.
Hazırda ümummilli lider Heydər Əliyevin layiqli varisi olan Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrin, o cümlədən elmin, təhsilin, mədəniyyətin, iqtisadiyyatın inkişafına kömək edir və bu kömək öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə yaranan belə bir şərait insanın mənən formalaşmasına, insan kapitalının inkişafına, azərbaycançılıq ideologiyasının bütün təbəqələr arasında bərqərar olmasına, elm, mədəniyyət və incəsənətdə böyük nailiyyətlərin əldə edilməsinə imkan verir. Respublikamızda elmin inkişafı eyni zamanda təhsilin və mədəniyyətin inkişafı ilə əlaqəlidir və vəhdət təşkil edir. Ölkədə beynəlxalq konfransların, sərgilərin, simpoziumların və festivalların keçirilməsi Azərbaycan elmini, mədəniyyətini və təhsilini dünyada tanıdır və təbliğ edir. Bu sahələrə diqqət və qayğı artdıqca nailiyyətlər də artmış olur. Ümumiyyətlə, bu gün Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, ölkəmizdə mədəniyyətə, elmə və təhsilə göstərilən qayğı mühüm əhəmiyyət kəsb edir. Məhz bu qayğı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
Beləliklə, qeyd etmək olar ki, ölkədə yaranan müasir şərait insanın mənən zəngin olaraq formalaşmasına, iqtisadiyyat, sosial həyat, o cümlədən elm, təhsil, ədəbiyyat, incəsənət və mədəniyyətdə böyük naliyyətlərin əldə edilməsinə imkan verir.
Yuxarıda göstərilənlər bizə aşağıdakı nəticələri qeyd etməyə imkan verir: bu gün ölkə əhalisinin böyük əksəriyyəti mütləq şəkildə Prezident İlham Əliyevi dəstəkləyir və ona inanır. Çünki Azərbaycan müstəqil inkişaf etməklə iqtisadiyyat nəhənginə çevrilib, əhalinin həyat səviyyəsi artıb. İqtisadi, strateji və sair baxımdan ölkəmiz regionda lider dövlətə çevrilib. Bölgədə əsas söz sahibidir. Cənubi Qafqaz iqtisadyyatının 80 faizə qədəri Azərbaycana məxsusdur. Ölkədə sosial-siyasi sabitlik var. Ölkəmizdə modern dövlət quruculuğu prosesi gedir və infrastruktur yenilənir. Bütün bunlar Azərbaycan Prezidentinin ardıcıl və yorulmaz fəaliyyətinin nəticəsidir. Bu baxımdan hazırkı seçkilərdə seçimimiz qəti olaraq İlham Əliyevdir”.
Professorun sözlərinə görə, bu gün Azərbaycanın son on ildə qazandığı və fəxr etdiyi bütün nailiyyətlər İlham Əliyevin adı ilə bağlıdır.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info