Əlillərə yeni avtomobillər təqdim edilib
Tarix: 19.09.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Böyük Vətən Müharibəsi əlillərinin avtomobillə təmin olunması gələn il başa çatdırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Qarabağ və Çernobıl əlillərinə avtomobillərin təqdim edilməsi mərasimi keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun da iştirak etdiyi tədbirdə əlillərə 40 ədəd avtomobil bağışlanıb.
Ümumiyyətlə, bir neçə gün ərzində nazirlik tərəfindən ölkənin müxtəlif şəhər və rayonlarında 180 ədəd «NAZ-Lifan» markalı avtomobilin müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Nazir F.Ələkbərov bildirib ki, ilin sonuna qədər 250 nəfər əlilə avtomobilin verilməsi planlaşdırılır. Qeyd edək ki, 2003-2013-cü illər ərzində əlillərə 2 800-dən çox, 1998-ci ildən bu günə kimi isə 3 800 ədəd minik avtomobili verilib. Nazirliyin aparat rəhbəri Elnur Kələntərov jurnalistlərə açıqlamasında bildirib ki, növbədə duran 300 nəfərdən artıq Böyük Vətən Müharibəsi əlili var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn il bu kateqoriyadan olan əlilləri avtomobillə təmin etməyi planlaşdırır. Onun sözlərinə görə, ilin sonuna qədər bu qəbildən olan insanlara 280 avtomobil veriləcək: «Biz ənənə olaraq Böyük Vətən müharibəsi, Qarabağ döyüşü, Çernobıl qəzası və Əfqanıstanda döyüşlərdə əlil olmuş həmvətənlərimizi avtomobillərlə təmin edirik. Qarşıdakı məqsədimiz gələn il bütün növbədə olan Böyük Vətən müharibəsi əlillərinin avtomobillə təmin olunmasıdır». Elnur Kələntərov onu da qeyd edib ki, ilin sonuna qədər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə Azərbaycanın müxtəlif şəhər və rayonlarında 400-dən artıq mənzil veriləcək. Cari ilin sonuna qədər 4-mərtəbəli 36 mənzilli və ilk dəfə olaraq, 6-mərtəbəli 54 mənzilli binalar tikilib istifadəyə veriləcək. Qurumun gələnilki planlarından danışan aparat rəhbəri əlavə edib ki, 2014-cü ildə 12-mərtəbəli 96 və 81 mənzilli binaların inşasına başlanılacaq.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info