“Əyri yolla pensiya düzəldən birisi hansı düzgünlükdən danışır?”
Tarix: 19.09.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


“Milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənlinin debat zamanı çıxışındakı qarayaxmalar və reallığı əks etdirməyən fikirləri elə onun özünə qarşı çevrilməyə başlayıb. Cəmil Həsənlinin seçdiyi taktiki gediş uğursuz oldu. O, Azərbaycanda gedən iqtisadi dirçəlişin və ölkə vətəndaşlarının rifahının günbəgün yüksəlməsini görməzdən gələrək iqtisadi siyasəti tənqid atəşinə tutmağa çalışdı. Amma nə fayda? Hər kəs çox gözəl görür və bilir ki, heç də insanların həyat və yaşam şəraiti Cəmil Həsənlinin dediyi kimi aşağı səviyyədə deyil.
Ən maraqlısı isə budur ki, adam özü dövlətdən 2000 min manat pensiya alır və bununla belə yenə də naşükürlük edərək pensiyaçılara və ayrı-ayrı peşənin sahibi olan insanlara diqqət və qayğının olmadığnı iddia edir. Adama sual verərələr ki, bəs dediyiniz kimi hər şey qaradırsa, ağ olan şeyləri də qara görürsünüzsə, niyə öz pensiyanız haqqında danışıb bir dəfə də olsun təşəkkür etmirsiniz ki, “bəli diqqət və qayğı artmaqdadır bunlardan biri də mənim bu qədər yüksək pensiya almağımdır”. Yox əgər bunu da deməyə cürət etmirsinizsə, onda deməli hər şey YAP icra katibi Əli Əhmədovun debatda sizə dediyi kimdiir: “Siz 1952-ci ildə anadan olmusunuz, qanunla 2 il sonra pensiyaya çıxmalısınız, amma 2011-ci ilin 6-cı ayından pensiya alırsınız. Nəyə əsasən? Ya etiraf etməlisiniz ki, pensiya orqanlarını aldatmısınız və fırıldaq yolu ilə 2000 manat pensiya alırsınız, ya çoxuşaqlı anasınız, ya da əlilsiniz”.
Azərbaycan Sosialist Partiyasının(ASP) sədri Elşən Həsənov “Palitra”ya verdiyi açıqlamada Cəmil Həsənlinin həqiqətən də reallıqdan çıxış etmədiyini dedi: “İTV”nin canlı yayımında namizədlərin ilk debatlarını izlədim. Çıxış edənlərin dediklərinə əlavə olaraq şərh verməyə də lüzum görmürəm. Məncə görünən kəndə bələdçi lazım deyil Azərbaycan vətəndaşının ictimai fikri o qədər siyasiləşib ki, fərd olaraq artıq kimin kim olmasını qiymətləndirməyi bacarır. Məni maraqlandıran çıxışlardan biri “milli şura”nın vahid namizədi olan Cəmil Həsənlinin çıxışı idi və özünün də dediyi kimi “fakt”lara əsaslanırdı. Fırıldaqdan, korrupsiya və digər qanun pozuntularından danışan bu namizədə aldığı pensiya ilə bağlı sual verəndə görəsən onun sualdan yayınmasına səbəb nə oldu? Sizə belə gəlmirmi ki, digərlərini düzgünlüyə səsləyən birisi öncə özünün əməllərinin düzgün olmasına çalışmalıdır. Əyri yolla büdcədən aylıq 2000 manat alıb mənimsəyən insan hansı düzgünlükdən danışa bilər? Heç bir kəsin titulları ona belə bir işdə haqq qazandıra bilməz və faktın özü ciddi şəkildə araşdırılmalıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info