AMEA-nın Nizami Gəncəvi adına qızıl medalı təsis ediləcək
Tarix: 19.09.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar
müvafiq qərarlar qəbul edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Mərkəzi aparatında struktur dəyişiklikləri və kadr islahatları aparılıb.
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Bildirilib ki, elmin maliyyələşməsi sahəsində idarəetmə sistemini müasir tələblər səviyyəsində qurmaq, AMEA-da bu istiqamətdə həyata keçirilən fəaliyyətin səmərəliliyini artırmaq məqsədilə Rəyasət Heyəti Mərkəzi aparatının Maliyyə-iqtisad şöbəsi ilə Mühasibat, uçot və hesabat şöbəsi birləşdirilərək Maliyyə, mühasibat uçotu və hesabatı şöbəsi adlandırılıb. Bundan əlavə, AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsü, AMEA Nizamnamə komissiyasının yeni tərkibi də təsdiq edilib. AMEA prezidenti Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirib ki, AMEA alimlərin elmi araşdırmalarda əldə etdikləri yüksək nailiyyətlərinin qiymətləndirilməsi üçün Nizami Gəncəvi adına qızıl medal təsis ediləcək. Bu, elmin inkişafına mühüm töhfələr verən alimlərin elmi fəaliyyətinin stimullaşdırılmasında başlıca amillərdən biridir. Onun sözlərinə görə, bu medal Azərbaycan elminin inkişafında görkəmli nailiyyətlərinə görə seçilən alimlərə təqdim ediləcək. A. Əlizadə AMEA üzvləri üçün döş nişanlarının təsis olunmasının vacibliyini də qeyd edib. Akademik bildirib ki, döş nişanlarının eskizində Nizami Gəncəvi təsvirinin əks olunması düşünülür: “Bu barədə danışıqlar aparılıb, razılıq əldə olunub. Hazırda texniki işlər görülür və döş nişanlarının eskizi hazırlanır. Bundan əlavə, akademiyada adlı mükafatları yaratmaq niyyətindəyik. Hər bir bölmədə bu məsələ müzakirə ediləcək və yekun qərar veriləcək”.
Rəyasət Heyəti akademiyanın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar müvafiq qərarlar qəbul edib. Akif Əlizadə qeyd edib ki, 2015-ci ilin mart ayında AMEA-nın yaranmasının 70 illiyi tamam olacaq. Prezident İlham Əliyevlə görüşündə bu barədə məlumat verdiyini deyən A.Əlizadə qeyd edib ki, dövlət başçısı da akademiyanın yubileyinin 60 illik yubileyi kimi yüksək səviyyədə qeyd olunacağını deyib. A.Əlizadənin sözlərinə görə, 2014-cü ilin yanvar-fevral ayında AMEA-nın 70 illik yubileyi ilə əlaqədar layihənin hazırlanaraq başa çatdırılması və müvafiq sərəncamın imzalanması gözlənilir. Bu məsələnin çox vacib olduğunu deyən A.Əlizadə qeyd edib ki, son 5 il ərzində akademiyaya diqqət olduqca artıb, qurumun maddi-texniki bazasının genişlənməsi istiqamətində işlər görülüb, gələcək üçün böyük investisiyalar qoyulub. Bu ilin dekabr ayında AMEA kitabxanasının binasının tikintisi başa çatacaq.
Yubileylə əlaqədar həyata keçirilməsi nəzərdə tutulan bəzi tədbirlər haqqında məlumat verən AMEA prezidenti akademiyanın maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Mərkəzi Elmi Kitabxananın binalarının tikintisi, AMEA “Akademiya şəhərciyi”ndə Rəyasət Heyəti üçün yeni binanın rekonstruksiya edilməsinin vacibliyini bildirib. Alim AMEA-nın 70 illik yubileyi ilə əlaqədar kitabın hazırlanaraq nəşr olunması, bununla bağlı filmin çəkilməsi, televiziya arxivlərində AMEA ilə bağlı videomaterialların toplanılması məsələlərinin yüksək səviyyədə təşkilinin önəmliliyini bildirib. A.Əlizadə qeyd edib ki, 70 illik yubiley ərəfəsində Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yeni binaya köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, Rəyasət Heyətinin hazırda yerləşdiyi binanın əsaslı təmir edilməsi planlaşdırılır: “Bu bina tarixi abidədir. Rəyasət Heyəti buradan köçəndən sonra burada dövlət tərəfindən əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Burada demək olar ki, qəzalı vəziyyət yaranıb”.
Daha sonra yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi məqsədilə komissiya yaradılıb. AMEA-nın elmi bölmələrinə və regional elmi mərkəzlərinə yubileylə bağlı təkliflərin hazırlanaraq 15 gün müddətinə komissiyaya təqdim edilməsi tapşırılıb. Bundan əlavə, 70 illiyin geniş miqyasda qeyd edilməsi üçün dövlət qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.
İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info