YAP Binəqədi rayon təşkilatı təbliğat kampaniyasına ağsaqqallarla görüşlə başladı
Tarix: 19.09.2013 | Saat: 14:34:00 | E-mail | Çapa göndər


YAP Binəqədi rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına start verdi. Qeyd edək ki, təbliğat-təşviqat kampaniyasına start rayon ağsaqqalları ilə görüşlə başladı. Görüşdə rayon ağsaqqalları, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov, Hacı Madər Musayev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və digər qonaqlar iştirak etdilər. Tədbiri giriş sözü ilə açıq elan edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən görüşün çox əlamətdar olduğunu bildirdi. O qeyd etdi ki, YAP-ın 5-ci qurultayında partiya tarixi qərar qəbul etdi və seçkilərdə iştirak etmək üçün Prezidentin namizədliyini irəli sürdü. YAP-ın namizədi vaxtında kifayət qədər imza topladı və uğurla qeydə alındı. Ramiz Göyüşov bildirdi ki, bugünkü tədbir təsadüfi tədbir deyil: “Biz təbliğat-təşviqat kampaniyasına ağsaqqaların, ziyalıların iştirakı ilə başlayırıq. Biz təbilğata başlamaq haqda düşünən zaman qərara gəldik ki, bu kampaniyaya elə ilk xeyir-duanı ağsaqqallar versinlər. Bu məqsədlə tədbir təşkil olunub”. O son nailiyyətlər barədə məlumat verdi və qeyd etdi ki, son 10 ildə ölkəmiz bəlkə də 100 ildə keçəcəyi bir yolu keçdi. Sonra tədbirdə Respublika Ağsaqqalar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Bir çox işlər tamamlanıb. Prezidentliyə namizədlər təbliğata başlayıblar: “Bu gün hamı bilir ki, İlham Əliyevin təbliğata ehtiyyacı yoxdur, çünki son on il ərzində böyük işlər görülüb. Görülən işlər barədə çox danışılıb. İlham Əliyev Heydər Əliyevin başladığı işi davam etdirir. Bu gün həyat inkişaf edir. Gənclik inkişaf edir. Gənclik bu gün bizim keçdiyimiz yolu, son on ili yaxşı bilir, amma Heydər Əliyevin keçdiyi yolun bir hisəsi onlara məlum deyil. Azərbaycanın başına gələn müsibətlərdən az xəbərdardırlar. Bu gün məqsəd də ondan ibarətdir ki, bu işlər, keçilən yol barəsində onlara daha çox məlumat verilsin, onlar proseslərdən agah olsunlar. Əvvəllər ittifaqda olan on beş dövlətin heç biri Azərbaycan qədər itirməyib, Azərbaycan qədər əzab-əziyyət görməyib. Azərbaycan minlərlə şəhid verib. O zaman müharibədə həlak olanların əksəriyyəti gənclər idi. Heç bir 15 respublikada Azərbaycan qədər məcburi köçkünü olan, yurd-yuvasından məhrum olan bir milyon insan yoxdur. Bu gün bütün baş verən prosesləri gənclərə çatdırmaq lazımdır. Biz bir daha tarixə nəzər salmalıyıq”. Bu gün gənclərlə işləməyin vacib olduğunu bildirən Fəttah Heydərov qeyd etdi ki, gənclik düzgün istiqamətdə inkişaf etməlidir. O bildirdi ki, inkişaf, stabillik üçün hər bir kəs Prezident İlham Əliyevə səs verməlidir. Tədbirdə çıxış edən millət vəkili, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ağsaqqallarla görüşün vacib olduğunu qeyd etdi. Eldar İbrahimov Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməsindən danışdı. O qeyd etdi ki, sonrakı dövrlərdə müstəqilliyi daha da inkişaf etdirən isə İlham Əliyev oldu. O qeyd etdi ki, Azərbaycan tarixində hələ elə bir hal olmayıb ki, ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilsin: “Bu, İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Enerji təhlüksəizlyi məsələlərinə xüsusi diqqət yetirən İlham Əliyev ölkənin enerji təhlükəsizliyini təmin etdi. Bu gün Azərbaycanın heç bir bölgəsi digərindən geri qalmır. Bütün sahələrdə sürətli inkişaf gedir. Aparılan uğurlu daxili siyasətin, quruculuq işlərinin nəticəsidir ki, bu gün Qəbələ rayonu müxtəlif ölkələrin prezidentlərinin toplaşdığı məkana çevrilib. Tikilən binalar, çəkilən yollar görülən böyük işlərin nəticəsidir. 10 il ərzində bütün sahələrdə inkişaf qeydə alınıb”. O, qeyd etdi ki, bu gün Binəqədi ağsaqqaları gənc nəsillə işləməlidir. Gənclər 90-cı illərin əvvəllərini görməyiblər. Müharibə dövrü, müxtəlif çətinliklər dövrünü yaşamış ağsaqqallar bu gün gənclərə düzgün istiqamət göstərməlidirlər: “Mən bilirəm ki, Binəqədi ağsaqqaları əl-ələ verib güclü Azərbaycanın inkişafı üçün işləyəcək. Bizim devizimiz “İlhamla İrəli”dir və bu devzilə də irəliyə doğru addımlayacayıq”. Sonra tədbirdə çıxış edən millət vəkili Hacı Madər Musayev rayon ağsaqqallarını salamladı və bildirdi ki, bu gün hər bir kəs məsuliyyətlə hərəkət etməlidir: “Bütün dünya bilir ki, Azərbaycan hara gedir. Biz hamımız 90-cı illərin əvvəllərində nələrin olduğunu görmüşük. Ulu öndərin qurduğu dövlət günü-gündən çiçəklənir və bu siyasət öz bəhrəsini verir. Mən Binəqədi sakini kimi, deməliyəm ki, ağsaqqallığın məsuliyyətini hər birimiz dərk etməliyik. Hesab edirəm ki, çoxlu ağsaqqalı olan rayonda prezident seçkiləri ilə bağlı heç bir problem olmayacaq”. Ölkədə davam edən sürətli inkişaf və quruculuq işlərindən danışan Hacı Madər Musayev bir daha hər kəsi məsuliyyətli olmağa səslədi. Sonra tədbirdə çıxış edən YAP Siyasi Şuranın üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov qeyd etdi ki, tədbirdə iştirak edən ağsaqqallar Azərbaycanın inkişafı üçün çalışan şəxslərdirlər. O qeyd etdi ki, bu gün ağsaqqalların təcrübəsi ölkəmiz və gənclik üçün çox vacibdir: “Azərbaycan dövləti həm gənc, həm də qocaman bir dövlətdir, çünki ilk günlərdən etibarən sosial-iqtisadi problemlərin həlli ilə bərabər Azərbaycan gəncliyinin inkişafına kifayət qədər diqqət ayrılıb. Ümumilli lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan İlham Əliyevin apardığı siyasət nəticəsində bu gün Azərbaycan dövləti təkcə region çərçivəsində deyil, həm də beynəlxalq miqyasda tanınır. Bu gün xaricdə təhsil almaq imkanı demək olar ki, hər bir gəncə verilib. Bunun üçün sadəcə yetrincə çalışmaq və nəticə göstərmək lazımdır”. Sonda tədbirdə iştirak edən rayon ağsaqqalları seçkilər və ölkədə gedən inkişafla bağlı çıxışlar etdilər və öz fikirlərini bildirdilər.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info