“Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
Tarix: 13.01.2020 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Aydin Karaca: “Bu, Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir”

Almaniyada fəaliyyət göstərən AZE Nakhchivan-Köln SK klubunun prezidenti Aydin Karacanın müsahibəsini təqdim edirik:

- Aydın bəy mümkünsə oxucularımıza özünüz barənizdə məlumat verərdiniz.

-İlk öncə məni oxucular tanıtmaq üçün azərbaycanlı qardaşlarımızla bizim aramızda körpü yaratdığınız üçün sizə təşəkkür edirəm. 1967-ci il iyunun 16-da Türkiyənin Akhisar qəsəbəsində dünyaya gəlmişəm. 1979-cu illərdə Almaniyaya ailəlikcə köç etdik. Burada orta məktəbi bitirdik və həyatımıza davam etdik. Futbola marağım isə kiçik yaşlarımdan olub. Çox kiçik yaşlarından futbol həyatına atıldım. 7 yaşında olanda Türkiyədə futbol oynamağa başladım, 11 yaşında olanda isə Almaniyanın “PSV-Köln” komandasında oynamağa başladım. 1995-ci ildə “Fatihspor” futbol komandasını qurduq.
Daha sonra bu komandanın adı dəyişdik. 1996-cı ildə komandamız “JSV Köln-96” adlandı. 1996-cı ildən bugünə qədər bu futbol komandasına rəhbərliyə davam edirəm. Bundan başqa “Atletiko Köln-96” futzal komandamız da fəaliyyət göstərir.

- Necə oldu ki, bu Azərbaycan adına futbol komandası qurmağa qərar verdiniz? Niyə məhz Naxçıvan? Naxçıvanla sizi bağlayan bir səbəb var idimi?

-Bizim Avropada Türkiyə türkləri olaraq sayımız, demək olar ki, 10 milyona yaxındır. Yalnız Almaniyada yüzlərlə Türkiyə adı ilə bağlı futbol komandalarımız fəaliyyət göstərir. Digər Avropa ölkələrini də bura qatsaq belə klublarımızın sayı minə çatır. Apardığım araşdırmalara görə Avropada Azərbaycan adına professional anlamda fəaliyyət göstərən klub yoxdur. Biz AZE Nakhchivan-Köln SK klubunu təsis etdiyimiz zamanlarda Avropada yalnız Avstriyanın paytaxtı Vyanada “Qarabağ” klubu vardı. Aldığımız son məlumatlara görə o klub da satılıb. Bu hal, əlbəttə təəssüfedicidir. Arzu edərdik ki, Avropada Azərbaycan adına futbol klublarının sayı çoxalsın. Bu cür olması Azərbaycan futbolunun inkişafına ciddi töhfə verə bilər. Hazırda Avropada fəaliyyət göstərən peşəkar Azərbaycan klubu yoxdur. Biz də qərar verdik ki, Azərbaycanla bağlı olan futbol klubu təsis edək. Bununla bağlı bir araşdırma etdik. Sevindirici haldır ki, “Qarabağ” futbol klubu artıq Avropada tanınır, Bakının güclü “Neftçi” və digər klubları var. Naxçıvan kimi qədim tarixi və zənginlikləri olan bir bölgənin beynəlxalq arenada tanınan futbol klubu yoxdur, eyni zamanda blokadada olan muxtar vilayətin tanınmasına ehtiyac olduğunu düşünürük. Naxçıvanın tanınması demək, Azərbaycanın tanınması deməkdir. Həm də Azərbaycan tarixinə baxdığımız zaman bu bölgə həm tarixin həm də tarixi şəxsiyyətlərin vətəni olub. İnanıram ki, komandamızla Avropada Azərbaycanın səsi daha güclü eşidiləcək.

- Perspektivdə hansı planlar var, məqsəd və hədəflər nədən ibarətdir?

-Futbolda səbr çox önəmlidir. Əgər gələcəyə yönəlik uğur əldə etmək istəyirsinizsə mütləq səbir edəcəksəniz. İlk növbədə uşaq futbolunun inkişafı barədə düşünmək lazımdır. Bir çox komandaların uğursuzluqlarının əsas səbəbi uşaq futbolunu inkişaf etdirib əsas heyətə gənc oyunçu verməməsidir. Bunun nəticəsində maddi potensial transferlərə sərf edilir. Bu da gələcək dönəmdə maliyyə sıxıntılarının yaranmasına səbəb olur. Biz əsas diqqəti gənc oyunçuların yetişməsinə, futbolçu bazasının formalaşdırılmasına yönəltməyə qərarlıyıq.
Komandanı qurmaqda digər məqsədlərimizdən biri də Azərbaycanın futbol klubları üçün təlim məşq mərkəzi formalaşdırmaqdır. Gələcəkdə Azərbaycan futbol komandaları Kölnə gələrək təlim məşq toplanışlarını məhz bizim mərkəzimizdə həyata keçirə bilərlər. Bir sözlə, Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik. Bu, Azərbaycan klubları üçün də əlverişli imkan deməkdir.

- Bu yaxınlarda mətbuatda gedən məlumatlardan məlum olur ki, klubun akademiyasını qurmağa qərar vermisiniz. Avropada, xüsusən Almaniyada uşaq futbolu inkişaf edib. Bu təcrübədən yararlanacaqsınızmı?

- Haqlısınız. Avropa uşaq futbolunda çox böyük yol qət edib. Bu anlamda Avropanın təcrübəsindən yararlanmamaq mümkünsüzdür. Hollandiyanın, xüsusən “Ayaks”ın təcrübəsindən yararlanmağı qərara almışıq. Avropanın digər komandaları ilə əməkdaşlıq edərək onların da təcrübələrindən yararlanmağı planlaşdırırıq.

- Azərbaycan qurumları, xüsusən AFFA ilə əməkdaşlıq etməyi planlaşdırırsınızmı?

- Bütün qurumlarla qapımızın açıq olduğunu, bəyan etmək istəyirəm. AFFA ilə əməkdaşlığa maraqlıyıq və bu məqsədlə AFFA rəhbərliyinə də müraciət etmişik. Ümid edirik ki AFFA rəhbərliyi müraciətimizi müsbət dəyərləndirəcək və bizimlə yaxından əməkdaşlıq edəcək. Eyni zamanda media vasitəsilə Azərbaycan futbol klublarına da müraciət edərək onlarla əməkdaşlığa hazır olduğumuzu bəyan etmək istərdim.
Bu arada, qeyd edim ki, Naxçıvan Muxtar Respublikası rəhbərliyinə razılığımızı bildirmək istərdim. İlk gündən komandamıza göstərilən diqqətdən və mənəvi dəstəyindən dolayı Naxçıvan MR Gənclər və İdman Naziri Azad Cabbarova təşəkkür edirəm.

- Bu yaxınlarda AZE Nakhchivan Köln SK-nın rəsmi açılış tədbiri olacaq. Hazırlıqlar nə yerdədir?

- Açılışımız 15 fevral 2020-ci il tarixində Almaniyanın Köln şəhərində keçiriləcək. Açılışa bir çox yerli alman futbol mütəxəssisləri, başqa ölkələrin də futbol ekspertləri dəvət olunub. Klubumuzun strategiyası, məqsəd və vəzifələrini qonaqlarımıza və mediaya açıqlayacağıq. Komandamızın açılışında iştirak etmək arzu edənlər, “Facebook”da fəaliyyət göstərən səhifəmiz vasitəsi ilə bizi tapa və buradan müraciət edə bilər.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
14.10.2020
Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”
14.10.2020
Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
09.10.2020
Prezident İlham Əliyevin “CNN International” televiziya kanalının “Connect the World” verilişində müsahibəsi yayımlanıb
09.10.2020
“Ayrı-ayrı bölgələrdə fəal sakinləri ekoturizmin internetdə təbliğinə cəlb etmək lazımdır”
08.10.2020
Məhərrəm Əliyev: Bu gün Azərbaycanda vahid güc reallığı Ali Baş Komandan, Ordu, Xalq mütəşəkkiliyində birləşib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 “Исраэль хайом“: “Пришло время продвигать глобальную безопасность в Нагорном Карабахе“
2 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
3 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
4 Бакинские армяне призывают Ереван прекратить оккупацию
5 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info