Rəsul Quliyevi «milli şura»dan qovmaq təklif edilib
Tarix: 19.09.2013 | Saat: 16:11:00 | E-mail | Çapa göndər


Eks-spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin “Facebook” sosial şəbəkəsində yazdığı status virtual məkanda geniş rezonans doğurub.
Statusunda qarşıdan gələn prezident seçkilərini, hakimiyyəti yersiz və əsassız fikirlərlə tənqid edən, Cəmil Həsənli barədə sərt ittihamları ilə diqqət çəkən eks-spiker “Facebook” istifadəçilərinin qınağına tuş gəlib.
R.Quliyevi yersiz bəyanatlar verməkdə suçlayan istifadəçilər eks-spikerə etirazlarını bildiriblər.
“Facebook” istifadəçiləri “Azərbaycana gələcəyəm”-deyə dəfələrlə verdiyi sözü tutmayan Rəsul Quliyevi “topa tutublar”. Eks-spikerlə “Facebook” istifadəçilərinin davası qarşılıqlı ittihamlarla yadda qalıb.
R.Quliyev istifadəçilərin çoxsaylı “Azərbaycana niyə gəlmirsiniz, nə üçün mübarizə aparmırsınız” suallarına cavab verib: “Sizin bu suala necə cavab verim bilmirəm. Siz mənə bilməmək ayıb deyil, yazırsınız elədirmi? Ancaq bu mənə aid deyil, sizə aiddir. Bəlkə 1000 dəfə izah etmişəm, niyə gələ bilmirəm. Yenidən bu məsələ qaldırılanda daha nə demək lazımdır, bilmək o qədər də asan deyil. Mənim yazdığımın çətin başa düşülməsindən ya sizin heç vaxt başınıza güc verməmək istəyinizdən”.
İstifadəçilərin etirazları daha çox R.Quliyevin “milli şura”nın prezidentliyə namizədi Cəmil Həsənliyə qarşı səsləndirdiyi fikirlərə yönəlib.
Bir çoxları R.Quliyevin “milli şura”dan uzaqlaşdırılmasını təklif edib, digərləri isə eks-spikeri mümkün qədər susmağa çağırıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
16.01.2019
Sarkozi Azərbaycan-Fransız Universitetində olub
16.01.2019
İsveçrə səfiri icma rəhbəri Tural Gəncəliyevlə görüşüb
15.01.2019
Tural Gəncəliyev: “Paris görüşü irəliləyişin əldə olunmasına ümidlərimizi artırır”
15.01.2019
Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info