IKT sahəsində yeni maarifləndirmə layihəsi
Tarix: 19.09.2013 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi və Dünya Azərbaycanlı Gənclər Birliyinin tərəfdaşlığı ilə “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsinə start verilir.
Layihənin məqsədi region gənclərinin İKT sahəsində düzgün istiqamətdə maarifləndirilməsi və gənc nəslin beynəlxalq təcrübəsini düzgün tətbiq edərək ondan effektiv bəhrələnmə işinin aparılmasıdır.
Hazırda dünyada informasiya cəmiyyətinə keçid dövründə əsas məsələlərdən biri də İKT nəaliyyətlərindən düzgün istifadə və onun gənclərin gələcək həyatına təsiridir. Təəssüflər olsun ki, bir sıra hallarda gənclər İKT sahəsində əldə olunan nailiyyətlərdən hərtərəfli və düzgün şəkildə istifadə edə bilmirlər . Bu da sonda əks effekt yaratmaqla nəticələnir. Bunun üçün vacib məqamlardan biri də təkcə paytaxtda deyil, eləcə də Respublikamızın regionlarında İKT sahəsində gənclərə beynəlxalq təcrübənin dolğun çatdırılması və onlarda obyektiv fikirlərin formalaşdırılmasıdır.
Bu sahədə peşəkar olan insanların regionlarda gənclərlə görüşünün keçirilməsini və onlarla İKT-dən beynəlxalq təcrübəyə əsaslanaraq səmərəli maarifləndirmə işinin aparılmasını nəzərdə tutan layihənin müəllifi DAGB üzvü Əlimərdan Sultanovdur. Layihənin Azərbaycanın üç regionunda - Lənkəran, Ağstafa və Şəkidə həyata keçirilməsi nəzərdə tutulur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info