Sərraf Balaxan: “Cəmil Həsənlinin konkret platformasf yoxdur”
Tarix: 19.09.2013 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


“Milli şura”nın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin təbliğat-təşviqat işinin çox uğursuz bir şəkildə qurulması göz önündədir. Bu da azmış kimi namizədlər üçün ayrılmış efir vaxtında çıxış edən radikalların vahid namizədinin əsas diqqət göstərdiyi məqamlar iqtisadi məsələlər, məmurların tənqidi və s. kimi reallığı əks etdirməyən iftiralardan ibarət oldu.
Maraqlıdır, həmişə gəncliyə, gənc nəslə böyük önəm verdiklərini deyən müxalif düşərgənin liderləri indi özlərinə namizəd seçdikləri Cəmil Həsənliyə nə əcəb gənclərlə bağlı məsələləri daha çox qabartmağı tapşırmayıblar? Ümumiyyətlə, Cəmil Həsənli nə üçün öz təbliğatında gənclərdən söz açmır? Əslində səbəb bəllidir - bugünkü Azərbaycan gəncliyi daha çox ölkə başçısının diqqət və qayğısını görüb onun ardınca getməyi təqdir edir. Müxalifətin yalançı vədləri, liderlərin bir-birilərinə intriqa və xəyanət dolu davranışları orta və yaşlı nəsil kimi gənclərdə də qıcıq yaradır. Onların müxalifətin ardı ilə getməməsi “milli şura”nın təşkil etdiyi son aksiyadan da bəlli oldu. Аksiya çox uğursuz bir şəkildə baş tutdu və əvvəldən proqnozlaşdırıldığı kimi gənclər burada aktiv görünmədilər.
Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Balaxan sözügedən məsələni “Palitra”ya şərh edərək doğrudan də Cəmil Həsənlinin təbliğat-təşviqat kampaniyasında gənclərlə bağlı uğursuz xətt seçildiyini söylədi. O, gənclərin siyasi proseslərə açıq gözlə baxdıqlarını və kimin kim olduğunu çox gözəl anladıqlarını bildirdi: “Birləşmiş müxalifətin vahid namizədi deyərək ortaya çıxardıqları Cəmil Həsənli televiziya vasitəsilə seçici ilə olan ilk görüşündəcə ona olan kəsimin bütün ümidlərini alt-üst etdi. Cəmil Həsənlinin 6 dəqiqəlik özünütəqdim prosesi onun birbaşa əleyhinə işlədi. Bunun ən böyük səbəbi ondan olan gözləntiləri puç etməsi və bundan öncəki müxalif namizədləri kimi öz platformalarından və görəcəkləri işlərdən deyil, iqtidarın gördüyü işlərin analizindən ibarət oldu. Həqiqətən birləşmiş müxalifətin effektini verdi, çünki bu çıxışın bir abzası İsa Qəmbər, bir abzası Əli Kərimli, bir abzası isə sifarişli qəzetlərin səhifələrindən oxuduğu əsassız böhtanlar idi. Başdan-başa ittiham olan çıxışı, əminəm ki, heç kəsin, xüsusən də müxalifət gənclərinin ürəyincə olmadı. Onlar ən azından yeni bir konsepsiya gözləyirdilər, daha bunun kimi gündəlik müxalifət liderlərinin danışdığı nağılların təkrarlanmasını deyil”.
Sərraf Balaxan onu da vurğuladı ki, bu çıxışdan bir neçə mətləb aydın oldu: “Birincisi, müxalifətin yenə də konkret platforması və idarəetmə konsepsiyası yoxdur. İkincisi, əgər bunlar varsa belə, orada xalqa, vətənə aid heç nə yoxdur. Üçüncüsü isə onun xəyallarında qurduqları dövlətdə gənclik təmsil olunmur. Çünki çıxışında bir dəfə də olsun, gənclərdən, onların gələcəkdə qarşılaşa biləcəkləri problemlərin həllindən danışmadı. Ümumiyyətlə, ona dəstək olan azsaylı gənclərin istəkləri bu ilk çıxışla rədd olundu, onlara etibar edilməyəcəyi tam yəqinləşdi”.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info