PA rəsmisi: “Seçkilər daha çevik deputat korpusunun formalaşmasına hədəflənib”
Tarix: 16.01.2020 | Saat: 14:12:00 | E-mail | Çapa göndər


"2019-cu il Azərbaycan tarixində köklü islahatlar ili kimi yadda qalacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar həmişə davamlı xarakter daşıyıb. Lakin hazırda həyata keçirilən son islahatlar miqyasına və sürətinə görə, kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Həm institusional məzmun, həm qanunvericilik yanaşması, həm də kadr potensialının yenilənməsi baxımından əvvəlkilərdən fərqlənir". Secki-2020.az saytı xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə deyib. PA rəsmisi bildirib ki, medianın seçkilərdə rolundan danışarkən ilk növbədə son bir il ərzində ölkəmizdə həyata keçirilən islahatların mahiyyəti, onları şərtləndirən amillərin, hədəflərin qiymətləndirilməsi, bu islahatlarda medianın rolunun nədən ibarət olması” suallarına cavab verilməsi vacibdir: "İslahatlar o dərəcədə genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına və təsisatlarına öz təsirini göstərəcək. Təbii ki, bu prosesin qlobal səbəbləri də var. Dünyada cərəyan edən qlobal transformasiya kontekstində ölkələr daxilində də ictimai-siyasi transfiqurasiya baş verir, daha da sürətlənir və dərinləşir. Nəticədə, nəinki texnoloji, həm də interaktiv kommunikasiyaya əsaslanan, ictimai rəyin mühüm rol oynadığı açıq informasiya cəmiyyətinin formalaşması baş verir və bu, ictimai münasibətləri tamamilə yeni inkişaf mərhələsinə keçirir". Səadət Yusifovanın sözlərinə görə, dövlətlərin bu dəyişikliklərə yanaşması pro-aktiv olduqda, nəticə də effektiv olur: "Cənab Prezidentin sözləri ilə demiş olsaq, “gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq". Nəsillər arasında tarixi varislik saxlanılmaqla, eyni zamanda yenilənmə, müasirləşmə prinsipinin tətbiqi, başqa sözlə desək, yaşlı və orta nəslin təcrübəsi ilə gənc nəslin çevikliyi, təşəbbüskarlığı və innovativliyinin sintezi bu islahatlar kursunun əsas leytmotividir. Qarşıya qoyulan vəzifələrə nail olmaq üçün dövlət idarəçilik institutlarının zamanın tələblərinə uyğun olaraq müasir, effektiv şəkildə yenidən qurulması zəruridir. Bu proses bütün hakimiyyət qollarını əhatə etməlidir. Hazırki parlament seçkiləri də məhz bu islahatlar kursunun ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, növbəti parlament seçkiləri daha çevik, daha peşəkar və daha effektiv deputat korpusunun formalaşmasına hədəflənib".




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Prezident İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
28.02.2020
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
28.02.2020
Paraqvayda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
28.02.2020
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
27.02.2020
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info