Aİİ-də 20 yanvar faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib
Tarix: 17.01.2020 | Saat: 13:54:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 yanvar 1990-cı ildə baş vermiş faciənin otuzuncu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Mərasimi giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov vurğulayıb ki, ali təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan “20 Yanvar” faciəsi barədə gənclərimiz geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri daha da yüksəldilməlidir.
Rektor C.Məmmədov daha sonra bildirib ki, 1990-cı ilin 20 yanvar gecəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecə canlarından keçərək, şəhidlik zirvəsinə ucalıblar.
Keçmiş sovet imperiyasının ağır texnikasının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısını yaşayırlar. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanına gəlir, şəhidlərimizi ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edirlər.
Aİİ rəhbəri daha sonra bildirib ki, Ulu Öndər Heydər Əliyev “20 Yanvar” faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməmişdir. Ümummilli Liderin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, Milli Azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb. Bildirib ki, bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də “20 Yanvar” Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaqdır.
Daha sonra ali təhsil müəssisəsinin birinci kurs tələbəsi, Aİİ TGT-nin sədri Nicat Hüseynov “20 Yanvar” faciəsi zamanı gənclərin Vətən uğrunda göstərdiyi misilsiz şücaətdən danışıb. O, hazırda gənclərimizin üzərinə düşən vəzifələrdən bəhs edərkən bildirib ki, müstəqil ölkəmizin suverenliyi, haqq səsimizin beynəlxalq arenaya çatdırılması uğrunda sıx şəkildə birləşməli, birgə mübarizə aparmalıyıq.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Rektor tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb
17.02.2020
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib
17.02.2020
Heydər Əliyev müdriklik missiyasının elmi-idraki şərhi...
17.02.2020
Ölkədə ilk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılıb
17.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info