“Azərsun Holdinq”də 20 yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib
Tarix: 17.01.2020 | Saat: 13:55:00 | E-mail | Çapa göndər


Ölkəmizin tarixinə, mədəniyyətinə və sosial həyatında yaxından iştirak edən “Azərsun Holdinq” 20 yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil edir. Vətənimizin müstəqilliyi və bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin anılmasına xüsusi həssaslıqla yanaşan Şirkətlər Qrupunun Müşahidə Şurasınn sədri Abdolbari Goozalın təlimatına əsasən bütün əməkdaşlara 20 yanvar hadisəsi ilə bağlı məlumat yayımlanıb, tədbir təşkil edilib.
“Azərsun” Mədəniyyət Mərkəzində təşkil olunmuş anım tədbirində şirkətlər qrupunun rəhbər heyəti, Şuşa rayonu İcra hakimiyyətinin nümayəndələri, həmçinin 20 yanvar şəhidlərinin ailələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca “Azərsun Holdinq” Hüquq direktoru Nazim Quliyev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq və müstəqilliklə bağlı milli təfəkkürünün inkişafındakı rolundan danışıb. O, xalqın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya qoşun yeridildiyini və nəticədə 146 nəfərin öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu bildirib.
Daha sonra çıxış edən Şuşa Rayonu İcra başçısının müavini Vüsalə Fətəliyeva 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, 30 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilmədiyini və Azərbaycanın müstəqillik qazanmasına təkan verdiyini vurğulayıb.
Rəsmi hissənin son çıxışında 20 yanvar faciəsində şəhid olan Səxavət Quliyevin həyat yoldaşı Muhəstə Həsənova 30 il öncə gördüklərini, insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıb. Tədbir Şuşa musiqili dram teatrının “Yanvarın iyirminci günü” ədəbi-bədii kompozisiyası ilə yekunlaşıb. Qeyd edək ki, “Azərsun Holdinq” şirkətlər qrupu ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini əziz tutmaq üçün mütəmadi olaraq müxtəlif layihələr reallaşdırır.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır
18.02.2020
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcəklər
18.02.2020
Baş prokurorun birinci müavini Goranboy və Xocalı sakinlərini qəbul edəcək
17.02.2020
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi
17.02.2020
RİİB könüllülər üçün mentorluq fəaliyyətinə dair layihə həyata keçirir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info