“O`zbekiston” telekanalında Azərbaycan mədəniyyətinə dair veriliş yayımlanıb
Tarix: 17.01.2020 | Saat: 14:14:00 | E-mail | Çapa göndər


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanın “O`zbekiston” telekanalı bu ölkəmizin mədəniyyəti, incəsənəti, mətbəxi, adət-ənənələrinə dair geniş veriliş hazırlayıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə dünya xalqlarının tarixi və mədəniyyəti seriyasında hazırlanan verilişdə Azərbaycan xalqının qədim tarixi, zəngin mədəniyyəti, adət-ənənələri, mətbəxi, musiqi-rəqs sənəti öz əksini tapıb.
Verilişdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair sualları cavablandırılıb.
O, Özbəkistan prezidentinin Azərbaycana səfəri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü, Özbəkistanın Türk Şurasına üzv olmasını əməkdaşlıqda yeni imkanlar açdığını qeyd edib.
Diplomat Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın Sırdırya, Fərqanə, Xarəzm və Səmərqənd vilayətlərində təşkil edilən “Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi günləri” tədbirlərində ölkəmizin geniş təbliği məsələləri barədə fikirlərini bölüşüb. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və ötən 7 ildə bu mövzuda 63 adda kitabın Daşkənddə nəşr edildiyini bildirib.
Verilişdə aparıcı Sadriddin Mamayusupov Azərbaycan Mədəniyyət Mərkəzinin kitabxanası, onun Özbəkistanda Azərbaycana dair informasiya olan tələbatının ödənilməsində rolu barədə məlumat verilib, kitabxanada yaradılan “Qızıl fond” və başqa guşələr haqqında danışıb.
Məlumat verilib ki, kitabxana-informasiya mərkəzində dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər, jurnallar oxucuların istifadəsinə verilir.
Ekran əsərində Azərbaycan tarixinə geniş yer verilib, Azərbaycan tarixində, müstəqilliyimizin, Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında, onun xatirəsinə Mərkəzdə yaradılmış Muzey haqqında məlumat yer alıb.
“Azərbaycan tarixi və dövlətçiliyi muzeyi” haqqında məlumat verilən verilişdə dünyada ən qədim insan yaşayış məskənlərindən olan Azıx mağarası, qədim insan yaşayış məskəni - Qobustan, Bakı şəhərində yerləşən İçərişəhər, İrəvan şəhərindəki “Göy məscid”, Xudafərin körpüsü, habelə Azərbaycanın Qarabağ bölgəsində yerləşən tarixi abidələrin maketlərini nümayiş etdirib, onlar haqqında Mədəniyyət Mərkəzinin mütəxəssisinin məlumatı öz əksini tapıb. Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər mövcud olan dövlətlərin xəritələri və onlara aid guşələr nümayiş etdirilib.
Mərkəzin “Odlar yurdunun naxışları” adlı xalça muzeyi isə verilişdə xüsusi işıqlandırılıb, Azərbaycanın müxtəlif regionlarındakı xalçaçılıq məktəbləri - Qarabağ, Şirvan, Quba, Naxçıvan, İrəvan, Bakı və s. haqqında geniş məlumat verilir və onların Azərbaycan xalqının qədim tarixini, zəngin mədəniyyətini, habelə istedadını nümayiş etdirildiyi bildirilir.
Televiziya layihəsində Azərbaycan incəsənətinin şah əsəri olan rəqslərimizə müraciət olunub, xalq rəqslərimizin tariximizlə, mədəniyyətimizlə ayrılmaz surətdə bağlılığı, onun milli xüsusiyyətini, xalqımızın həyat və məişətini özündə əks etdirdiyi vurğulanıb.
Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa edib, Ansamblın bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Kökəb Əliyevanın milli rəqslərimizlə bağlı fikirləri, ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.
Qeyd edək ki, veriliş Özbəkistanda böyük maraq yaradıb və o, ölkənin aparıcı “O`zbekiston” telekanalında bir neçə dəfə nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
“Avroviziya-2020“-də Azərbaycanı təmsil edəcək iştirakçı bəlli oldu
28.02.2020
Kinomuzun korifey sənətkarı
28.02.2020
Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə olunub
28.02.2020
“ASAN radio” yeni layihəni təqdim edib
27.02.2020
Kukla teatrının direktoru beynəlxalq festivalda

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info