Aİİ-də Şura üzvləri və KİV təmsilçiləri imtahan sessiyasının gedişatını izləyiblər
Tarix: 17.01.2020 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının üzvləri və KİV nümayəndələri payız semestri imtahan sessiyasının gedişatını izləyiblər. İmtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə yay imtahan sessiyasını müşahidə ediblər. Şura üzvləri və KİV təmsilçiləri tələbələrin sessiyaya hazırlıqlar, sualların tərtibatı, imtahan prosesi barədə müəyyən söhbətlər aparıblar.
Şura üzvlərinə və KİV təmsilçilərinə imtahan prosesi barədə ətraflı məlumat verilib, media nümayəndələrini maraqlandıran sualları cavablandırılıb. Bildirilib ki, 2019-2020-ci tədris ilinin yaz semestri imtahanlarının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə yarana biləcək mənfi halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun təşkili üçün Operativ Qərargah yaradılıb. Eyni zamanda, imtahanların bir qayda olaraq yazılı, zərurət yarandığı hallarda şifahi formada keçirildiyi barədə Nəzarət Şurasının üzvləri, KİV təmsilçiləri məlumatlandırılıb. İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili məqsədilə İnstitut rəhbərliyi tərəfindən xüsusi komissiyanın yaradıldığı, imtahanlara nəzarətin müəllim-koordinatorlar tərəfindən həyata keçirildiyi qeyd edilib. İmtahanlar arasında 2 gündən az olmayan müddətin təyin edildiyi, ona ayrılan vaxtın 2 saat müəyyənləşdirildiyi barədə məlumat verilib.
Məlumat üçün bildiririk ki, sessiya boyunca tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmini, şəffaflığın qorunması məqsədilə ictimaiyyət nümayəndələrinin müşahidəçi qismində iştirakı üçün lazımi şərait yaradılıb. İmtahan otaqlarının qarşısında müraciət və təklif qutuları asılıb.
İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi; universitet ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili; aşkarlığın və şəffaflığın təmin olunması; əməkdaşların və təhsil alanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.
Şuranın tərkibinə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev; təhsil üzrə ekspert, professor Şahlar Əsgərov; təhsil üzrə ekspert Nadir İsrafilov; “Trend” İnformasiya Agentliyi Baş direktorunun korporativ inkişaf üzrə müavini Arzu Nağıyev; “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə; İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-Siyasi Proqramlar Departamentinin direktoru Anar Yusifoğlu; Modern.az saytının rəhbəri Elşad Eyvazlı; “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva daxildir.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Rektor tədris və elmi-pedaqoji təcrübəyə yollanan tələbələrlə görüşüb
17.02.2020
Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib
17.02.2020
Heydər Əliyev müdriklik missiyasının elmi-idraki şərhi...
17.02.2020
Ölkədə ilk dəfə olaraq UNEC-də distant formada tədrisə başlanılıb
17.02.2020
Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info