Vüsal Qasımlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib
Tarix: 17.01.2020 | Saat: 14:33:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoralı qəbul edib. Görüş zamanı V.Qasımlı iki qardaş ölkə arasında siyasi, iqtisadi, ticarət, enerji və mədəni sahədəki əlaqələrinin daima yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib.
Müzakirələrdə bildirilib ki, Azərbaycan və Türkiyənin birlikdə gerçəkləşdirdikləri meqalayihələr regionun geoiqtisadi şəkillənməsində, habelə bölgədə iqtisadi təhlükəsizliyin, sabitliyin və rifahın təmin olunmasında əhəmiyyətli rol oynayır. İcraçı direktor Azərbaycanda 2019-cu ildə iqtisadi sahədə qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini vurğulayıb. Onun sözlərinə görə, makroiqtisadi vəziyyətin sabitliyi təmin olunub, inflyasiya cəmi 2,6 faiz təşkil edib.
Bundan başqa 2019-cu ildə bütün qonşu ölkələrlə ticarət dövriyyəsi artıb, Türkiyə ilə ticarət dövriyyəsi isə 4,5 milyard dollara çatıb. Azərbaycanın ixracının 15 faizi, idxalının isə 12 faizi Türkiyənin payına düşüb. Azərbaycanın və Türkiyənin sabit inkişafı ölkələrimizin qarşılıqlı sərmayə qoyuluşu, ticarət dövriyyəsinin artması, habelə birgə layihələrinin gerçəkləşdirilməsi üçün əlavə imkanlar açır.
Vüsal Qasımlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyəti barədə də Türkiyə səfirinə ətraflı məlumat verib. Bildirib ki, İİTKM-in güclü analitik aparatı və monitorinq institutu birlikdə islahatların “həyat tsikli” boyunca öz töhfəsini verir. İqtisadi islahatların idarəedilməsi üçün Azranking.az və Monitoring.az kimi rəqəmsal və innovativ platformalardan istifadə olunur. Səfir Erkan Özorala innovativ iqtisadi inkişafı dəstəkləyən Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, EnterpriseAzerbaijan, Azexport və Azerp.az layihələri barədə məlumatlar təqdim olunub. Türkiyə Respublikasının Azərbaycandakı səfiri Erkan Özoral öz növbəsində ölkələr arasında əlaqələrin daha da inkişafı üçün mümkün layihələrə dəstək olacağını bildirib. Səfir həmçinin “Bir pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada sahibkarlara göstərilən xidmətlər barədə E.Özorala məlumat verilib.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
“Ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb”
18.02.2020
“Bu il yeni gömrük postlarının tikilib istifadəyə verilməsi nəzərdə tutulur”
18.02.2020
“AzerGold” 173 min unsiyadan çox qızıl, 290 min unsiyadan çox gümüş satıb
17.02.2020
Azərbaycana idxal edilən avtomobillərin sayı koronavirusa görə azala bilər
17.02.2020
Hacıqabulda yol tikintisinə 4,9 milyon manat ayrılıbSƏRƏNCAM

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
4 Demokratı Hikmət Hacızadə olan müxalifət...
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info