20 Yanvar xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzidir
Tarix: 17.01.2020 | Saat: 14:29:00 | E-mail | Çapa göndər



“Azadlıq və istiqlaliyyət hər xalqın milli sərvətidir”
Ümummilli lider Heydər Əliyev

Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” 13 dekabr 2019-cu il tarixli Sərəncamında deyilir: “1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”.
Bu bir danılmaz faktdır ki, özünü dərk etməyən xalqın Vətən idealı ola bilməz. Torpaq, ərazi o zaman vətənə çevrilir ki, o, milli ideyanın daşıyıcısı olsun. Bilik və yüksək duyğu səviyyəsindəki vətəndaşlıq və vətən sevgisi dayanıqlı ola bilməz.
Bu duyğu çeşidləri arasında özəl bir duyğu vardır ki, bunu da «Milli ruh» adlandırırıq. Milli ruh toplum halında yaşayan insanları bir-birinə bağlayan təməl daşlarından biridir. Milli ruh, milli şüur, milli düşüncə, bu sözlərin arasında az çox fərqliliklər görünsə də, özündə vurğulanan məna və düşüncə eynidir.
Ötən əsrin 70-ci illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-ci illərin sonu 90-cı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinci mərhələsində əldə edilmiş iqtisadi canlanma və milli mübarizlik ruhunun təşəkkülü nətisəsində mümkün oldu.
Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən, dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. Qorbaçov-erməni işbirliyi tərəfindən 1987-ci ildə istefaya göndərildikdən sonra Heydər Əliyevin özünə və ailəsinə qarşı təzyiqlər gücləndi. Amma Heydər Əliyevin siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbaycana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbaycan əleyhinə çıxışları güslənməyə başladı. 1988-ci il fevralın 20-də Xankəndində Vilayət xalq deputatları sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana «birləşdirilməsi» barədə qərar qəbul etdi. Moskvanın erməni separatçılığına münasibəti anlaşılmaz olur, hətta Sov.İKP.MK DQMV-nin birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar da qəbul edir. Qərarda haqlı olaraq, bunun qarşısıalınmaz nətisələrə səbəb ola biləsəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qalır, Dağlıq Qarabağ ətrafındakı siyasi ehtiraslar getdiksə şiddətlənirdi. O illərdə Azərbaycan xalqının əleyhinə nə qədər qərəzli məqalələr dərs olunur, sərt hüsumlar edilirdi. O illərdə Heydər Əliyev erməni lobbisinin və şovinist dairələrinin süni şəkildə yaratdığı tam siyasi izolyasiyada idi. Azərbaycan xalqı müdafiəsiz, himayəsiz qalmışdı.
M.S.Qorbaçovun Azərbaysana, xalqımıza düşmən münasibəti ağır nəticələrə səbəb oldu. M.S.Qorbaçov tərəfindən respublikaya rəhbər vəzifəyə göndərilən, milli hisslərdən uzaq olan Ə.Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin «səyləri» nəticəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi prosesi dərinləşir, antiazərbaycan siyasəti həyata keçirilirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gesə sovet ordusu tərəfindən xalqımıza qarşı misli görünməmiş qəddarlıq törədildi. Azərbaycan xalqı totalitar kommunist rejiminin hərbi təsavüzünə tuş gəldi. Xalqın inam və iradəsini qırmaq, mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq üçün dinc əhaliyə qarşı edilən ağır sinayət nətisəsində yüzlərlə insan yaralandı və qəddarsasına qətlə yetirildi.
Bakıdakı qanlı qırğından sonra onu və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev ittifaq mərkəzinin Bakıda törətdiyi vəhşiliyə qarşı kəskin bəyanat verdi, bu cəlladlığı pislədi. Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında təkcə Azərbaycan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi. Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahilər ata bilirlər. Ona görə də bu dahi insanın Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkcə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılanmış, ulu öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərində çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrilmişdi.
20 Yanvar fasiəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Ulu öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məslisin xüsusi sessiyası keçirilmişdir. Sessiya 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təsavüz və cinayət kimi qiymətləndirmişdir. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və höküməti rəhbərliyinin, o cümlədən şəxsən Mixail Qorbaçovun Azərbaycan xalqına qarşı ağır sinayət törətdiyi qeyd olunmuşdur.
1990-cı ilin qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük fasiə deyildir. O, ləyaqətini qorumaq üçün hər sür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaysan tarixinə həkk olunub.
Başına çox bəlalar gəlmiş Azərbaycan zaman-zaman düçar olduğu qasırğalardan, haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti sahəsində qalib çıxıb. O qanlı-qadalı qış gesəsində doğulan körpələrin indi 30 yaşı var. İnanmaq istəmirsən ki, aradan bu qədər illər keçib. Sanki dünən hər şey olmuş kimi təptəzədir. Hələ də gözlərimiz önündən bozhavalı, qüssəli Bakının o qəhərli günləri çəkilmir. Əlbəttə, 20 Yanvar, əslində millətimizin qürur və şərafət günüdür. Nail olduğumuz azadlığı kimdənsə sovqat almadıq. Onu qanımızla, canımızla torpağa tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etdik. Xalq o vaxta kimi inandığı, güvənc yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini usaltdı. Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib o ağır günləri birlikdə yaşadı.
Bir şahid kimi mən ilk dəfə şəhidlərin şərəfli ölümü önündə sağ qaldıqlarına görə xəcalət çəkən insanlar gördüm. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində sandan, qandan yaratdığı həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi. Məhz yeganə anası...Yaşından, başından asılı olmayaraq hamımız bu mərd və dərdli ananın başına qara şal bağlamasının səbəbkarlarına-qatillərə, qaniçənlərə nifrət bəsləyirdik. O gün cocuğundan ahılına kimi hamı döyüş ruhunda idi. O gün insanlar necə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər. Dərd bizi ağlatsa da, içimizi yesə də, gözümüzü göynətsə də, vüqarımızı əyə bilməmişdi. O gün Bakının bütün küçələrinə sanki qərənfil yağışı yağırdı. O günlərdə Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qoboyu millətin dərdini öz yanıqlı sədalarında dilə gətirirdi. Hər kəsin ürəyindən bu keçirdi ki, qoy haqqın fəryadı bitməsin. Əslimiz və sonumuz olan torpaq, həqiqətən möcüzədir. Ona baş əyəni göyə qaldırır. Yolunda ölümə sinə gələni şəhidliyə ucaldır. Bu qeyri-adi rütbənin epiteti isə ölümsüzlükdür. Şəhid adı Tanrı yanında ən usa məqamdır. Müqəddəs kitabımızda da bu haqda danışılır. Şəhidlər heç zaman sadə insanlar kimi dünyasını dəyişmirlər. Onlar öz ömürlərini yurdun ömrünə calayırlar. Şəhid ömrünün qarşısında əbədiyyət kəlməsi belə sönük görünür. Şəhidlər ölmürlər. Onların igidliyi, qəhrəmanlığı zamanı keçdiksə əfsanəyə dönür, nəsildən-nəslə ötürülür, şeirə, dastana çevrilir.
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaysan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş şəxslərə “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
Tariximizin bu şanlı səhifəsi incəsənətimizdə də dərin iz qoyub. Bunu 20 Yanvara həsr edilmiş təsviri sənət, musiqi, kino və xalça memarlıq nümunələrində görmək olar. Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi yaradılmışdır. Tarix Muzeyində əbədi eksponata çevrilmiş bir xalça asılmışdır. Bu, sahibkar Əziz Əbdüləzizin muzeyə bağışladığı “Şəhidlər” xalçasıdır.
Biz xalqımızın azadlığı və istiqlalı yolunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsini daim əziz tutacağıq. 20 Yanvar həm də xalqımızın şanlı mübarizə tarixinin qanla yazılmış səhifəsidir. İllər ötdükcə bu gün qəhrəmanlıq tarixinin ibrətamiz bir səhifəsinə çevrilir. Hər bir itkinin bir qazancı da olur. Həmin qazanc da o oldu ki, xalqımız yadlara-Sovet İttifaqı rəhbərlərinə bel bağlamağın əbəs olduğunu, imperiyanın əsl üzünü, mahiyyətini birdəfəlik başa düşdü. Yatanlar da sanki ayıldı, milli müstəqillik mübarizəsi daha da alovlandı və nəticədə çox keçmədi ki, ölkəmiz öz suverenliyini əldə etdi. Möhtərəm Prezidentimiz İlham Əliyev Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin açılışında demişdir: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq, eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir”.
Rəşad İsayev,
Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi Məhkəmə Ekspertizası
Mərkəzinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Tələbələr Bakı Gəmiqayırma Zavodunda təcrübəyə başlayıblar
18.02.2020
Azərbaycanda könüllülük fəaliyyətinin tarixinə həsr olunan sənədli film və fotosərgi hazırlanır
18.02.2020
BDU tələbələri “AzerGold”-da təcrübə keçəcəklər
18.02.2020
Baş prokurorun birinci müavini Goranboy və Xocalı sakinlərini qəbul edəcək
17.02.2020
Dərsliklərin və təhsil sənədlərinin hazırlanması üçün tender elan edildi

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info