Region ölkələri arasında sərbəst informasiya axını təmin edilməlidir
Tarix: 19.09.2013 | Saat: 22:37:00 | E-mail | Çapa göndər


Moskvada Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XV Baş Assambleyası öz işinə başlayıb. Rusiya paytaxtının mərkəzində yerləşən “Croun” Beynəlxalq Ticarət Mərkəzinin binasında “İTAR-TASS” agentliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Asiya və Sakit okean regionunun aparıcı xəbər agentliklərinin rəhbərləri və nümayəndələri toplaşıblar.
Azərbaycanı tədbirdə AzərTAc-ın baş direktoru Aslan Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. “İTAR-TASS” agentliyi kollegiyasının sədri, OANA-nın vitse-prezidenti Vitali İqnatenko tədbiri açaraq bildirib ki, Baş Assambleyada iştirak etmək üçün Moskvaya 35 ölkənin 44 informasiya agentliyinin nümayəndələri gəlmişlər. O, müasir dünyada informasiya mübadiləsinin əhəmiyyətindən danışmış, hadisələr barədə dəqiq və operativ informasiya yayılmasının beynəlxalq məkanda rolunu vurğulayıb. “İTAR-TASS”ın baş direktoru Sergey Mixaylov Rusiya prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciətini oxuyub. Müraciətdə qeyd olunur ki, OANA haqlı olaraq dünyanın ən qocaman və nüfuzlu xəbər agentlikləri birliklərindən biri sayılır. Təşkilat Asiya və Sakit okean regionunda azad və birbaşa informasiya mübadiləsinin təmin olunmasına şərait yaradır. Rusiya prezidentinin fikrincə, hərtərəfli dialoq xəbər agentliklərinin həm texniki, həm də yaradıcılıq sahələrində əməkdaşlığının möhkəmlənməsinə, müasir dövrün kəskin problemlərinin işıqlandırılmasına tarazlaşdırılmış yanaşmanın təmin olunmasına kömək edir. Açılış mərasimində Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin də müraciəti oxunub. Türkiyənin “Anadolu” Agentliyinin baş direktoru, OANA İcraiyyə Komitəsinin sədri Kamal Öztürk çıxışında vurğulayıb ki, Baş Assambleya Asiya və Sakit okean bölgəsində müxtəlif problemlərin müzakirəsi üçün önəmli platformadır. Təşkilatın başlıca məqsədlərindən biri region ölkələri arasında sərbəst informasiya axınının təmin edilməsidir. K.Öztürk Misirdə və Suriyada baş verən hadisələrə toxunmuş və onların düzgün işıqlandırılmasında OANA-nın rolunu qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info