Azərbaycanda beynəlxalq təşkilatlara parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradılıb
Tarix: 17.01.2020 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Azərbaycan beynəlxalq təşkilatların fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərini izləməsi üçün lazımi şərait yaradıb.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, Azərbaycan daim seçkilər dövründə beynəlxalq təşkilatlarla əməkdaşlıq edib: “Bu seçkilərlə bağlı biz beynəlxalq təşkilatlara dəvət göndərmişik. Bir çoxları artıq müsbət cavab verib”.
MSK sədri məlumat verib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 namizəd müraciət edib ki,onlardan 1622 nəfərin namizədliyi qeydə alınıb.

Parlament seçkilərində indiyə qədər 81 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.
M.Pənahov vurğulayıb edib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq: "İndiyə qədər akreditasiyadan keçən müşahidəçilər ümumilikdə 28 ölkəni təmsil edir. Türkiyə, Belarus, Moldova və digər ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri seçkilərdə iştirak edəcək".
MSK sədri əlavə edib ki, yerli müşahidəçilərin sayı 12829 nəfərə çatıb.
Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Paşinyan bütün dünyaya bəyan etdi ki, onun oğlu ordudan yayınan muzdlu və terrorçudur
17.02.2020
Atəşkəs iriçaplı pulemyotlarla pozuldu - 23 dəfə
17.02.2020
Çinin Hubey əyalətində koronavirusdan ölənlərin sayı 1696 nəfərə çatdı
17.02.2020
Qaradağlı faciəsindən 28 il ötür
16.02.2020
Türkiyənin Bursa şəhərində Xocalı qurbanlarının xatirəsi yad olunub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info