“Yüngül” siqaretlər “ağır“lardan daha ziyanlıdır
Tarix: 17.01.2020 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronxlar xərçəngindən 1 mln-dan artıq insan ölür. Siqaretlər isə yenə də əsas səbəbdir.

Bu çox qorxunc statistikadır. Onkoloqların məlumatlarına əsasən, hal hazırda bu xərçəng növləri xeyli cavanlaşıb və orta və hətta cavan insanlarda daha tez-tez aşkar edilir. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir.
Hal-hazırda bir çox siqaret çəkən insanlar daha “yüngül” siqaretlərə keçir. Onlar fikirləşir ki, bununla öz sağlamlığına daha az ziyan vururlar. Lakin bu yanılmadır. Onkoloqların sözlərinə görə, “yüngül” siqaretlər daha “ağır” siqaretlərdən yalnız nikotinin miqdarı ilə fərqlənir. Nikotin alışma yaradır. Siqaretlərin tərkibində olan çoxsaylı qatranlar isə güclü kanserogen xüsusiyyətlərinə malikdir. Bu qatranların miqdarı “yüngül” və “ağır” siqaretlərdə eynidir. Bundan əlavə sübut olunub ki, “layt”-siqaretləri çəkən insanlar tüstünü daha dərin alır ki, nəticədə ziyanlı maddələr daha dərin, tənəffüs sisteminin aşağı hissələrinə düşür. Bu isə, təbii ki, çox ziyanlıdır.
Beləliklə, özünü siqaret çəkməklə bağlı olan risklərdən qorumaq istəyən insanın yalnız bir çıxış yolu var – siqaret çəkməkdən tam imtina etmək.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Avstraliya çimərliyində qeyri-adi məxluq aşkar edildi
28.02.2020
Suya olan tələbatı bu içkilərlə ödəmək düzgün deyil
26.02.2020
Üç ölkədə 12 yaşadək futbolçuların məşq zamanı topa başla zərbə vurmaları qadağan edilib
26.02.2020
Şirkət bükülən smartfonların istehsalını dayandırdı
25.02.2020
Dünyanın ən yaşlı kişisi öldü

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info