UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub
Tarix: 17.01.2020 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub. Tədbirdən öncə rektor, professor Ədalət Muradov, universitetin kollektivi və UNEC-in şəhid olan tələbə və məzunlarının ailə üzvləri universitetin əsas binasında şəhidlərin xatirəsinin əbədiləşdirildiyi Memorial-Xatirə Kompleksini ziyarət ediblər, kompleksin önünə əklil qoyublar və gül dəstələri düzüblər. Şəhid ailələri ilə görüşən rektor, 20 Yanvarın Ümumxalq Hüzn günü olmaqla yanaşı, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan xalqımızın tarixinə birlik və şərəf günü kimi yazıldığını qeyd edib. Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin UNEC-də daim ehtiramla yad edildiyini və əziz tutulduğunu vurğulayaraq, onlarla qürur duyduğunu ifadə edib. Abidənin ziyarətindən sonra tədbir bədii hissə ilə davam edib. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra UNEC Yaradıcılıq Mərkəzinin və Tələbə teatrının Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması əsasında hazırladığı tamaşa nümayiş olunub. Poema və tarixi faktlar əsasında qurulan tamaşada 20 Yanvar hadisələrinə aparan siyasi durum, şəhidlərimizin qəhrəmanlığı tələbələrin ifasında xüsusi məharətlə canlandırılıb. Muğam parçaları və tələbə xanəndənin ifası ilə müşaiyət olunan tamaşa iştirakçılara kövrək anlar yaşadıb. Tədbir çərçıvəsində Texnologiya və dizayn fakültəsinin tələbələrinin 20 Yanvara həsr olunan rəsm əsərləri də nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2020
Məktəb direktoru olmaq üçün 2256 namizəd imtahan verəcək
20.10.2020
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
17.10.2020
34 şagird və 21 işçidə koronavirus aşkarlanıb
16.10.2020
“Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”
16.10.2020
Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11797

1 Toyuğun bu hissəsi xərçəng yaradır
2 Meqan Markl sosial şəbəkələri narkotiklərlə müqayisə edib
3 Payız-qış aylarında yoluxmanın artacağı gözlənilən idi
4 “Bizdən bunu etməyi gözləməyin!“
5 “Cəbhə bölgəsində 1221 məktəb distant təhsilə keçib”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info