Masallıda gənclər arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi
Tarix: 17.01.2020 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


17 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində gənclər arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan xalqının yaxın tarixinin şanlı və unudulmaz səhifələrindən biri də 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləboran edildi, yüzlərlə insan yaralandı. Həmin dəhşətli gecədə şəhid olaraq azadlıq yolunda canını qurban verənlər də oldu. Qanlı şənbə gecəsindən sonra da xalqımız qorxmadan küçələrə axışaraq müqəddəs yolda qurban gedən Vətən övladlarını izdihamla son mənzilə yola saldı. İyirmi Yanvar gecəsi baş verənlər qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq. Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıb, 20 Yanvar şəhidlərinin qürur və qəhrəmanlıq nümunəsi olduğu qeyd edib. Sonda münsiflər heyyəti tərəfindən qaliblər müəyyən edilib: Rəsm müsabiqəsində 14-16 yaşlı gənclər iştrak etmişdirlər:
S.Vurğun adına Türkoba kənd tam orta məktəbin şagirdi Ağayeva İlahə Şöhlət qızı birinci yerə, B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin şagirdi Babayev Əlisa Musa oğlu ikinci yerə, E.Ağayev adına Hişkədərə kənd tam orta məktəbin şagirdi Asifzadə Nəzrin Elvin qızı üçüncü yerə layiq görülmüşdür.Xüsusi fərqləndiyinə görə isə R. Əlihəsnov adına Şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Qəniyeva Aysu Xalid qızı diplomla mükafatlandırılmışdır. Müsabiqədə qalib gəlmiş bütün gənclər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomla təltif olunmuşlar.

Əlihüseyn Şükürov




 
Bölməyə aid digər xəbərlər
27.02.2020
Miqrasiya könüllüləri Xocalıya ədalət kampaniyasına dəstək nümayiş etdiriblər
26.02.2020
Bəzi təşkilatlar blanklarında gerbdən istifadə edə bilməyəcək
26.02.2020
Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
26.02.2020
Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb
26.02.2020
Qoruyucu maskalardan düzgün istifadə qaydaları açıqlandı

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info