“ABŞ Azərbaycanın ÜTT-yə üzv olmasını tam şəkildə dəstəkləyir”
Tarix: 19.09.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Azərbaycan hökumətinin üç illik iqtisadi ticarət layihəsinin nəticələrinə dair tədbir keçirilir. “Azərbaycanda Rəqabət və Ticarət” (ART) layihəsinin tamamlanmasını qeyd etmək məqsədilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar, eləcə də ABŞ və Azərbaycan hökumətinin nümayəndələri, özəl sektordan olan tərəfdaşlar, Bakı şəhərindən kənarda olan benefisiarlar iştirak ediblər.
Qeyd edək ki, ABŞ və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən 22 mln. dollar məbləğində büdcəyə malik ART layihəsi Azərbaycanda daxili biznes mühitinin inkişaf etdirilməsinə, azad və şəffaf ticarət mühitinin yaradılmasına və kənd təsərrüfatına dəyər zəncirinin inkişafına kömək edib. Layihə kənd təsərrüfatı sektorunda kiçik və ortahəcmli sahibkarlara kreditlərin verilməsi üçün bankları həvəsləndirmək və kredit vermə proseslərini sadələşdirmək üçün mexanizmlər hazırlayıb. Tədbirdə çıxış edən səfir Riçard Morninqstar bildirib ki, ABŞ Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasını tam şəkildə dəstəkləyir. O, Azərbaycan hökumətinin ÜTT-yə üzv olmaq istiqamətində əldə etdiyi uğurları xüsusi qeyd edib: “Bu məqsədə nail olmaq üçün 30-dan çox qanunverici və inzibati prosedur layihələndirilib və təsdiqlənib”. Azərbaycanın danışıqlarda göstərdiyi yeni enerjini dəstəklədiyini qeyd edən səfir ikitərəfli danışıqların yaxın zamanlarda bitməsinə ümid etdiyini vurğulayıb: “ÜTT-yə üzvlük qeyri-enerji sektorunun inkişafına çox böyük köməklik edər”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info