Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” adlı sərgi açılıb
Tarix: 17.01.2020 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm və heykəltəraşlıq sərgisi açılıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, muzeyin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir.
O, bu qanlı cinayətin insanların azadlıq eşqini söndürə bilmədiyini, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyini qazandığını vurğulayıb: "Xalqın mübarizə əzmini təcəssüm etdirmək, tarixi yaddaşlara həkk etmək üçün sənətkarlarımız bu mövzuda əsərlər ərsəyə gətiriblər. Bu qəbildən əsərlərin əksər hissəsi Milli İncəsənət Muzeyinin fonduna da daxil edilib. Bugünkü sərgidə 70-ə qədər əsər nümayiş olunur. Bura rəngkarlıq, qrafika işləri ilə yanaşı, heykəltəraşlıq nümunələri də daxildir".

Muzeyin Bədii tərtibat şöbəsinin müdiri Araz Osmanov deyib ki, sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Arif Hüseynov, Elmira Şahtaxtinskaya, Xanlar Əhmədov, eləcə də Hafiz Məmmədov, Əmirbəy Nərimanbəyov, Sara Manafova, Şamo Abbasov, Cahangir Rüstəmov, Fərman Qulamov və Sahib Quliyevin “Bakı müsibəti”, “19 yanvar 1990-cı il”, “Şəhidlər”, “Narahat axşam”, “Təcavüz”, “Şəhidlərə ithaf”, “Allah bizə kömək olsun” və başqa əsərləri nümayiş olunur.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Bildirək ki, Milli İncəsənət Muzeyində “Qan yaddaşımız” sərgisi yanvarın sonuna qədər davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
“Arşın mal alan” operettası anşlaqla keçib
18.02.2020
Antalya Qızıl Portağal Film Festivalının tarixi açıqlandı
17.02.2020
Onlar səhnəyə “Bahar” gətirəcək
17.02.2020
“Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi
17.02.2020
Qırğızıstanda həmyerlimiz beynəlxalq “Barış göyərçini” medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
4 Demokratı Hikmət Hacızadə olan müxalifət...
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info