Elm və təhsilin inkişafında yeni mərhələ
Tarix: 19.09.2013 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən elm və təhsil müəssisələri qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə ilə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq müşavirədə elm və təhsil müəssisələrinin fəaliyyətini gücləndirmək məqsədilə mühüm tövsiyə və tapşırıqlar verildiyini bildirib. Rektor vurğulayıb ki, ölkəmizdə, xüsusilə muxtar respublikada elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, yaradılan şəraitdən Naxçıvan Dövlət Universiteti də yetərincə bəhrələnməkdədir. Universitetin güclü maddi-texniki bazası, buradakı ən müasir texnologiyar, dünya təhsil sisteminə inteqrasiyaya və yerli kadr potensialının gücləndirilməsinə dövlət dəstəyi təhsil işçilərinin üzərinə düşən məsuliyyəti birəbeş artırır. Rektor xatırladıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə elm və təhsilin inkişafının hər bir ölkədə prioritet sahə olduğunu, yüksəktəhsilli və geniş dünyagörüşə malik vətənpərvər gənclərin yetişdirilməsinin ölkənin gələcəyini təmin etdiyini vurğulayıb. Qeyd olunub ki, Ali Məclisin Sədri müşavirədə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmək məqsədilə qarşıya mühüm vəzifələr qoyub. 5000 nəfərlik tələbə kontingenti, 400-dən yuxarı professor-müəllim heyətindən ibarət universitet kollektivi də Azərbaycanın gələcək tərəqqi və rifahını təmin edəcək, insan amilini şərtləndirən və əsas strateji sahələrdən biri olan elmin və təhsilin inkişafı üçün var-qüvvələri ilə çalışmalı, intellekt və potensiallrını əsirgəməməlidirlər. Yığıncaqda tədris işləri üzrə prorektor, dosent Seyid Surə çıxış edərək universitetdə Bolonya prosesinə keçidlə bağlı proqram təminatı, qiymətləndirmə, müasir informasiya-kommunikasiya vasitələrinin tətbiqi, tədrisin dünya standartları səviyyəsində qurulması, müəllimlərin ixtisas, elmi-pedaqoji səviyyələrinin artırılması, davamiyyət və nizam-intizama ciddi riayət ilə bağlı görülən işlərdən danışıb. Tədris işləri üzrə prorektor distant təhsilə keçmək, tədrisdə beynəlxalq meyarları tətbiq etməklə regionda ən güclü kadr potensialı və ali təhsil strukturu yatarmaq, Bolonya prosesinin tam tətbiqi və elektron təhsilin təkmilləşdirilməsinə nail olmaq, universitetin beynəlxalq reytinq cədvəllərində iştirakını təmin etmək kimi qarşıda duran mühüm vəzifələrdən bəhs edib. Elmi işlər üzrə prorektor, fizika üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, müxtəlif elmi nəşrlərin həyata keçirilməsi, beynəlxalq elmi simpozium və konfransların təşikli, virtual elmi əməkdaşlığın inkişafı, beynəlxalq əlaqələr üzrə prorektor, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov beynəlxalq əlaqələrin inkişafı, tələbə və müəllimlərin mobilliyinin artırılması, beynlxalq layihələrdə iştirak etmək, tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev ictimai təşkilatların fəaliyyətini güclənirmək, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların əxlaqi-mənəvi tərbiyəsi və vətənpərvərlik ruhunda yetişdirilməsi, incəsənətin, idmanın inkişafı, təsərrüfat işləri üzrə prorektor Araz Zalov 108 hektarlıq universitet ərazisində abadlıq və quruculuq işlərinin aparılması, yaşıllıq sahələrinə qulluqla bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info