Almaniya universiteti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq edəcək
Tarix: 19.09.2013 | Saat: 23:27:00 | E-mail | Çapa göndər


Azərbaycanda səfərdə olan Almaniyanın “Eichstatt-İngolstadt” Katolik Universitetinin bir qrup nümayəndəsi Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyəti ilə görüş keçirib. Məktəbin rektoru Elmar Qasımov vurğulayıb ki, neft-qaz və kimya sənayesi Azərbaycan iqtisadiyyatının inkişafında əsas rol oynayır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəmizdə və xarici dövlətlərdə həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan rektor bildirmişdir ki, yeni ali məktəbin yaradılmasının əsas məqsədi məhz bu layihələrdə işləyəcək müasir standartlara cavab verən yüksək ixtisaslı kadrlar hazırlanmasıdır. Ali məktəbin qısa zaman çərçivəsində əldə etdiyi uğurları gələcək planlar haqqında qonaqlara ətraflı, məlumat verən E.Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış BANM-in mühüm əhəmiyyət verdiyi əsas məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Vurğulanıb ki, Almaniyanın mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir. Azərbaycana dəvət olunmalarından məmnunluğunu ifadə edən Almaniyanın “Eichstatt-İngolstadt” Katolik Universiteti nümayəndə heyətinin rəhbəri Harald Peklaner bildirib ki, təmsil etdiyi ali təhsil müəssisəsi tədqiqat, peşə hazırlığı və davamlı təhsildən əlavə, maraq göstərən şirkətlərlə konsultant layihələri, tədqiqat, praktik seminarlar və mühazirələr şəklində əməkdaşlıq edir.
Qonaq gələcəkdə BANM ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Tədbir çərçivəsində BANM və “Eichstatt-İngolstadt” Katolik Universiteti arasında beynəlxalq tələbə mübadiləsi, uğurlu karyera seçimi və inkişafı yolları, tələbə həyatı, mühəndislik peşəsi kimi mövzularda fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara BANM-in professor və tələbə heyəti adından kitablar hədiyyə edilib.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb
19.03.2019
Azərbaycandan 76 milyon dollar dəyərində meyvə-tərəvəz ixracı olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info