Abşeron rayon rəhbərliyi 20 Yanvar şəhidlərinin ailələri və əlillər ilə görüşüb
Tarix: 18.01.2020 | Saat: 15:05:00 | E-mail | Çapa göndər



Abşeron rayon İcra Hakimiyyətində 20 Yanvar hadisələrinin 30-cu ildönümü ilə əlaqədar olaraq həmin hadisələrdə şəhid olan insanların ailələri və əlilləri ilə görüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova faciə haqqında danışıb. Qeyd edilib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsini, əzmini qırmağa, onu qorxutmağa hesablanmış, məqsədyönlü şəkildə atılan addım olub. Lakin xalqımız öz müstəqilliyi, azadlığı yolundan dönməmiş, iradəsini və əzmini ortaya qoyaraq müstəqillik əldə edib. Faciə qurbanlarının xatirəsinin unudulmadığı, hər il minlərlə insanın Şəhidlər xiyabanına yürüş etdiyini deyən icra başçısı 20 Yanvar hadisələrinin bir daha baş verməməsi üçün xalqımızın bir olması və öz düşmənlərinə qarşı birgə mübarizə aparmasının vacibliyini qeyd edib.

Dünyada və eləcə də regionda baş verən hadisələrə diqqət çəkən İ.Gülməmmədova Azərbaycanda düşünülmüş siyasət nəticəsində sabitliyin hökm sürdüyünü və ölkəmizin inkişaf etdiyini vurğulayıb. Azərbaycan tarixində 20 Yanvar şəhidlərinin və əlillərinin böyük rolu olduğunu qeyd edən icra başçısı əlavə edib ki, öz dövləti, Vətəni üçün çalışan insanlar heç vaxt unudulmur, onlara hər zaman dövlət diqqət və qayğı göstərir.
Daha sonra şəhid ailələri və əlilləri çıxış edərək Vətən üçün ölməyin şərəf gətirdiyini qeyd ediblər. Dövlətin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən çıxışçılar ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini ifadə ediblər.
Sonda 20 Yanvar hadisələri zamanı şəhid olan insanların ailələrinə və əlillərinə maddi yardım göstərilib.




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
Sinoptiklərdən xəbərdarlıq: Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək
24.02.2020
İstehsalatda təhlükəsizlik necə təmin edilir?
23.02.2020
Azərbaycanın İranla sərhədində nəzarət tədbirləri gücləndirilib
23.02.2020
Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub
22.02.2020
Naxçıvan Ali Məhkəməsi Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info