20 Yanvar faciəsi qurbanlarının xatirəsi İstanbulda da yad edilib
Tarix: 18.01.2020 | Saat: 16:52:00 | E-mail | Çapa göndər



Yanvarın 18-də İstanbulda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib. Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən təşkil olunan tədbir İstanbulun “Turan” Mədəniyyət Mərkəzində reallaşıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilən qanlı hadisədən bəhs edib, o günü Azərbaycan xalqının qəhrəmanlıq tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.
Çıxışçılar o gecə keçmiş sovet ordusu tərəfindən Bakıya qoşun yeridildiyini, əliyalın, günahsız insanların qətlə yetirildiyini qeyd ediblər. Bildirilib ki, 20 Yanvar hadisələri zamanı 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər isə qanunsuz həbs olunub. Bu cinayət ölkə vətəndaşlarının hüquqlarını pozmaqla yanaşı, Azərbaycan xalqının demokratiya, milli azadlıq istəyini boğmaq məqsədi daşıyıb.
Mərasimdə 20 Yanvar faciəsini və əsirlər boyu ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliamları əks etdirən videoçarx nümayiş etdirilib.
Tədbir İstanbul Universitetinin professoru Halil Bal, Düzce Universitetinin müəllimi Gökmen Kıliçoglu və Marmara Universitetinin müəllimi Mehdi Gəncəlinin məruzələri ilə davam edib.
Tədbirdə Azərbaycanın İstanbuldaki Baş Konsulluğunun əməkdaşları, elm və mədəniyyət xadimləri, tanınmış ziyalılar, Türkiyədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və media nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
TƏBİB-in 24 saat fəaliyyət göstərən “Qaynar xətti“ fəaliyyətə başlayıb
28.02.2020
Azərbaycanda koronavirus infeksiyası aşkarlanan şəxs 23 yaşlı gəncdir
28.02.2020
Daxili İşlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
28.02.2020
Qərargah: 224 nəfər karantin şəraitində saxlanılır
28.02.2020
Baş infeksionist: “Koronavirusa görə məktəblərin bağlanması müzakirə olunmur”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info