Kiyevdə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 18.01.2020 | Saat: 21:40:00 | E-mail | Çapa göndər



Ukrayna Azərbaycanlıları Radasının (UAR) qərargahında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasim 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, tarix elmləri doktoru Fərhad Turanlı, hüquq elmləri doktoru Arif Quliyev, Ukrayna-Azərbaycan İş Adamları Birliyinin sədri Əli Əliyev, Radanın katibi Xəyyam Həqiqətoğlu və Ukraynanın Xalq artisti Qurban Abbasov sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda dinc sakinlərə qarşı törətdiyi cinayət əməllərindən danışıblar. Qeyd olunub ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiyanın caynağından azad olmasına can atmasından təşvişə düşən SSRİ rəhbərliyi müdhiş cinayət törədib. Mərkəzi hakimiyyət beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərinə qoşun yeridib. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verib. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pisləyib. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.
Azərbaycanlı tələbə Əziz Tağıyevin 20 Yanvar faciəsi ilə bağlı çıxışı da böyük maraqla qarşılanıb.
Tədbirin sonunda 20 yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
29.02.2020
ÜST: Koronavirusla bağlı risklər çox yüksəkdir
28.02.2020
TƏBİB-in 24 saat fəaliyyət göstərən “Qaynar xətti“ fəaliyyətə başlayıb
28.02.2020
Azərbaycanda koronavirus infeksiyası aşkarlanan şəxs 23 yaşlı gəncdir
28.02.2020
Daxili İşlər naziri Şirvan şəhərində vətəndaşları qəbul edib
28.02.2020
Qərargah: 224 nəfər karantin şəraitində saxlanılır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
2 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
3 Çin xəstəxanalarından 36117 pasiyent yeni növ koronavirusdan sağalaraq evə buraxılıb
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Referendum Paşinyanın sonu ola bilər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info