Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
Tarix: 19.01.2020 | Saat: 14:18:00 | E-mail | Çapa göndər



Bu gün Azərbaycan Respublikasının Astara şə­hə­rində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyət­lərinin işçi görüşü keçirilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilmiş işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.
Nümayndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparmış, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sər­hə­dindən bu­ra­xılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təza­hürləri ilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icra­sını nəzərdən keçirib. Eyni zamanda sər­­həd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastruk­turu­nun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məq­sə­dilə həyata keçirilən tədbirləri xüsusi vurğulayıb, bununla yanaşı “Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdiril­məsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə edilib.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27.02.2020
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
27.02.2020
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin üstünlüyünü artıracaq
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info