İnsan stresdən arıqlayır yoxsa kökəlir?
Tarix: 19.01.2020 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Hamı bilir ki, kökəlməyin əsas səbəbi qidalanmadır. İnsan sərf etdikdən daha çox kalori qəbul edirsə, bu, təbii ki, kökəlməyə səbəb olur.
Lakin elmi araşdırmalar göstərir ki, bu tək səbəb deyil. Saglamolun.az xarici KİV-lərinə istindla xəbər verir ki, stress və yuxunun az olması kökəlməyin digər əsas səbəblərindəndir.
Stress zamanı qanda qlükozanın miqdarı artır. Bu orqanizmin təbii qoruyucu mexanizmidir. Onu həmçinin "döy və ya qaç" mexanizmi adlandırırlar. Hər iki halda (döyəndə və ya qaçanda) insan fiziki güc, enerji sərf etməlidir. Bu enerjini insan orqanizmin əsas "yanacağı" olan qlükozadan alır.
Qədim əcdadlarından fərqli olaraq müasir insan stressə düşəndə əksər hallarda nə döyür, nə də qaçır, əksinə oturur və ya uzanır. Nəticədə enerji sərf olunmur və mədəaltı vəz qandakı qlükozanı normaya salmaq üçün insulinin ifrazını artırır. İnsulinin səviyyəsi artdıqca insan aclıq hiss edir və yemək yeməyə başlayır. Beləliklə orqanizm ona lazım olmayan kalorilər alır.
Müasir insanların bir çox hissəsi xroniki stress şəraitində yaşadıqdan yuxarıda təsvir etdiyimiz vəziyyət daim təkralanır və nəticədə insan artıq çəki yığır. Bundan əlavə bu həmçinin şəkərli diabetin riskini də artırır.
Alimlər bu vəziyyətdən çıxış yolunu fizki aktivlikdə görür. Stress vəziyyətinə düşmüsünüzsə, onu passiv şəkildə yaşamayın. İdman zalına yollanın. Buna imkan yoxdursa, gəzməyə çıxın, hər hansı ev işi ilə məşğul olun. Fiziki aktivlik həm qanda stress hormonlarının, həm şəkərin səviyyəsini azaldır. Nəticədə həm sinir sistemimiz daha az ziyan görür, həm aclıq bizə "güc gəlmir".




 
Bölməyə aid digər xəbərlər
25.02.2020
Dünyada ən yaşlı kişi dünyasını dəyişib
25.02.2020
İtaliyanın məşhur geyim firması fabriklərini bağladı
25.02.2020
Çində vəhşi heyvanların yeyilməsi qadağan edildi
24.02.2020
Bu qadının elədiyi kişiləri də mat qoydu - VİDEO
23.02.2020
“Green Card”a ümid edənlərə pis xəbər

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info