Dini konfessiyaların təmsilçiləri bəyanat qəbul etdi
Tarix: 19.09.2013 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Boris Simanduyev: “Azərbaycandakı
yəhudilər İlham Əliyevə səs verəcək”


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dindarların qarşıdan gələn prezident seçkiləri ilə bağlı toplantısı keçirilib. Toplantıda QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə, digər dini konfessiyaların rəhbərləri iştirak edir. Akademik Vasim Məmmədəliyev çıxış edərək bildirib ki, prezident seçkiləri bütün ölkə sakinləri üçün taleyüklü məsələdir, xalq öz taleyini kimə tapşırmaq üçün növbəti beş il üçün seçim edir. V. Məmmədəliyev Azərbaycan dövlətinin son 20 ildə möhkəmlənməsindən danışaraq bütün bunların Heydər Əliyevin sayəsində baş verdiyini deyib:
“Güclü dövlətin qurulması İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bəzən deyirlər ki, İlham Əliyevə vəkil lazımdırmı? Xeyr, lazım deyil. Onun gördüyü bütün uğurlu işlər isbat edir ki, ona vəkil lazım deyil. Xalq özü onun vəkilidir. İlham Əliyev Azərbaycanı yüksələn templə irəli aparır. Bütün bunlara baxmayaraq, ölkədəki dindarlar da seçimini etmək istəyir. Məhz buna görə onlar xahiş etdilər ki, Qafqaz Müsəlmanları İdarəsində yığışsınlar və qərar versinlər”. Şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, dindarların məramı düzgündür: “Qarşıdan gələn seçkilərdə də bizi haqqa çağıranın tərəfdarıyıq”. QMİ sədri son dövrlərdə Prezident İlham Əliyevin dəstəyi ilə ölkədə xeyli sayda məscidlərin tikildiyini, vaxtilə dağıdılmış məscidlərin bərpa olunaraq müsəlmanların ixtiyarına verildiyini vurğulayıb: “Biz dindarlar həqiqəti çox yaxşı görürük. Bizə indiyə kimi istər məscidlərin tikilməsi ilə bağlı, istər digər dini məsələlər ilə bağlı vəd verən siyasətçilər çox olub, amma heç nə etməyiblər.

Aleksandr Ata:
“İlham Əliyev Azərbaycanın sürətli inkişafını, ölkədə tolerantlığın hökm sürməsini təmin edir”

Yalnız mərhum Heydər Əliyev və davamçısı İlham Əliyev bunu sözdə yox, əməldə göstərdilər. Heydər Əliyevin siyasətində həm din, həm də dövlət vardı. Bu gün də İlham Əliyev bunu davam etdirir. Hətta İlham Əliyevin ailəsi, xüsusilə Mehriban xanımın bu sahədə xidmətləri, xeyirxah əməlləri çox nümunəvidir. Bir dindar kimi fəxr edirəm ki, mənim İlham Əliyev kimi Prezidentim var. Allah bizə İlham Əliyev kimi şəxsiyyət göndərib”. Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr Ata toplantıda bütün pravoslavları seçkilərdə Prezident İlham Əliyevə səs verməyə çağırıb. O qeyd edib ki, İlham Əliyevdən əvvəl Heydər Əliyev Azərbaycanın inkişaf mexanizmini düzgün tərtib edib, İlham Əliyev isə bunun davam etməsinə çox yüksək səviyyədə əməl edir: “İlham Əliyev Azərbaycanın sürətlə inkişafını, ölkədə tolerantlığın hökm sürməsini təmin edir. Biz pravoslavlar seçkidə ona səs verəcəyik”. Qırmızı qəsəbə Dağ Yəhudiləri Dini İcmasının sədri Boris Simanduyev toplantıda deyib ki, Azərbaycandakı yəhudilər qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcək. O bildirib ki, Azərbaycan sürətlə inkişaf edir, xalqlar arasında dostluq münasibətləri hökm sürür və yəhudilər bundan məmnundur. B. Simanduyev qeyd edib ki, Azərbaycanın sürətli inkişafının əsasını Heydər Əliyev qoyub və İlham Əliyev bu kursu davam etdirir. Toplantıda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, din dövlətdən ayrı olmasına baxmayaraq, əsl dindarlar Vətəndən ayrı olmamalıdırlar: “Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dindarlar əsl dindar həyatı yaşamağa başlayıb. Heydər Əliyev İslam dininin mahiyyətini duyur, xalqın mənəviyyatının təkmilləşməsində rolunu qiymətləndirirdi. Prezident İlham Əliyev Heydər Əliyevin uğurlu yolunu davam etdirir və biz dindarların da hüsn-rəğbətini qazanmağa nail olub. Azərbaycanda yaşayan müsəlmanlar, xristianlar və yəhudilər dövlətin qayğısını hər zaman hiss edir. Prezident İlham Əliyev dini tolerantlığı ən böyük nemət kimi qiymətləndirir. Azərbaycanda dini dəyərlərin müdafiəsi xüsusi yer tutur. Biz dindarlar Prezident İlham Əliyevə 10 illik fəaliyyətinə, dindarlara qayğısına görə təşəkkür edirik. Xalqımızı prezident seçkilərində Prezident İlham Əliyevə səs verməyə çağırırıq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info