Cəmil Həsənli canlı efirdə özünə nəzarəti itirdi
Tarix: 19.09.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


O, qeyri-etik ifadələr işlətməklə həm də tamaşaçıları təhqir etmiş oldu

Ayın 19-da axşam İctimai Televiziyada oktyabrın 9-da keçiriləcək prezident seçkilərində namizəd olan şəxslərin debatı keçirilib. Debat zamanı namizədlər arasında insident baş verib. Belə ki, Müasir Müsavat Partiyasının sədri, prezidentliyə namizəd Hafiz Hacıyevin atmacalarına “milli şura”nın namizədi Cəmil Həsənli adekvat tərzdə cavab verib.
C.Həsənli əslində efir vaxtından istifadə etməklə efirə aid olmayan, qeyri-etik leksikon və söyüşlərdən istifadə edib.

O, aparıcını da aşağılamağa çalışaraq, yenidən efir vaxtı tələb edib və guya ona ayrılmış vaxtı Hafiz Hacıyevlə deyişməyə sərf etdiyini iddia edib. Aparıcı dəfələrlə hər iki tərəfi sakitləşdirməyə çalışsa da, tərəflər bir-birilərinə qarşı hədyanlar yağdırıblar və bu zaman küçə leksikonundan yararlanıblar. Belə olduqda, aparıcı onların hər ikisinin zaldan çıxarılmasını istəyib. Hafiz Hacıyev debatdan uzaqlaşdırılsa da, C.Həsənli durub getmək istəməyib və vaxtının qaldığını iddia edib. Bu zaman o, yenidən aparıcıya sərt sözlərlə müraciət edib. C.Həsənli həm də Yeni Azərbaycan Partiyası namizədinin səlahiyyətli nümayəndəsinə və bütövlükdə hakimiyyətə qarşı nalayiq sözlərdən istifadə edib. O, özünə nəzarəti itirərək, prezidentliyə namizədə yaraşmayan ifadələrlə və hirslə hərəkət edib. Həmçinin digər namizədlərin çıxışlarına maneə yaradıb. Bir xeyli yenidən efir vaxtı tələb etsə də, sonda deyinə-deyinə debatı tərk edib.
Qeyd edək ki, debat vaxtı C.Həsənlinin işlətdiyi fikir və ifadələr, hakimiyyətə qarşı ittihamlardan görünür ki, bu fikirlər onun özünə məxsus deyil. Həsənli sanki kimdənsə təlimat alıbmış kimi çıxış edib və bu zaman tez-tez əlindəki kağız parçalarına göz gəzdirib. Eyni zamanda onun işlətdiyi nalayiq sözlər açıq ortaya qoyub ki, “milli şura”nın namizədi ziyalıya, etikaya uyğun olmadan davranıb. Onun canlı efir vaxtı hərəkətləri namizədlik səviyyəsinə, alimə, ziyalıya tamamilə uyğunsuz olub. Bütün bunlar isə Azərbaycan cəmiyyəti tərəfindən canlı efir vasitəsilə açıq-aşkar izlənilib.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
“Qala Sığorta” və “Qala Həyat”dan ədliyyə işçilərinə 20%-dək güzəştli sığorta
22.11.2018
İranlıların saxta sənədlərlə Azərbaycan sərhədindən keçmək cəhdinin qarşısı alınıb
22.11.2018
Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs 22 dəfə pozulub
22.11.2018
Azərbaycanda turizm polisinin yaradılması təklif edilir
21.11.2018
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info