Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
Tarix: 21.01.2020 | Saat: 03:20:00 | E-mail | Çapa göndər



Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş konsulluğu 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirə Baş konsulluğun əməkdaşları, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan Xeyriyyə Cəmiyyətinin əməkdaşları qatılıblar.
Əvvəlcə tədbir iştirakçıları 1990-cı ilin Qanlı Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş konsul Pərviz İsmayılzadə çıxış edərək keçmiş sovet ordusunun 1990-cı ilin yanvarında Bakı şəhərində törətdiyi qanlı hadisələrdən, paytaxtın dinc sakinlərinə qarşı görünməmiş qəddarlıqla həyata keçirilən, çoxsaylı qurbanlarla nəticələnən qətliamdan danışıb. O günlərdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirərək SSRİ rəhbərliyini Bakıda qan tökdüyünə görə rəsmən ittiham etməsini xüsusi vurğulayıb.

P.İsmayılzadə hazırda Bakının ən uca nöqtəsində Şəhidlər xiyabanının salındığını və bu xiyabanda 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğunu qeyd edib.

Bildirib ki, bu gün Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının rəsmi ziyarət yerinə çevrilmiş qürur duyduğu müqəddəs bir məkandır. Hər il yanvarın 20-də yüz minlərlə insan canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş mərd oğul və qızlarımızın uyuduğu bu məkanı ziyarət edir, şəhidlərin xatirəsini dərin hörmətlə anır.
Sonra digər çıxış edənlər Qanlı Yanvar faciəsi ilə bağlı fikrilərini bölüşüb, 20 Yanvar hadisəsinin Azərbaycan tarixində həm də qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıblar.
Tədbir çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən fotosərgi açılıb.
Qeyd edək ki, Acarıstan Muxtar Respublikasının geniş oxucu kütləsinə malik “Acara.ps” qəzetində “Azərbaycan xalqının faciəsindən 30 il ötüb” sərlövhəli məqalə dərc edilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
İtaliya Deputatlar Palatasının sədri ilə görüş YENİLƏNİB
21.02.2020
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib YENİLƏNİB
20.02.2020
İtaliya Deputatlar Palatasının sədri ilə görüş YENİLƏNƏCƏK
20.02.2020
Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə birgə işçi nahar edib
20.02.2020
Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info