Avropa Birliyi erməniləri məyus etdi
Tarix: 20.09.2013 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Ştefan Füle İrəvanda verdiyi açıqlamada bildirib ki, Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı Sammitində Ermənistanla hər hansı saziş imzalanmayacaq.
Komissarın sözlərinə görə, azad ticarət üzrə imzalanacaq sənəd Avro Birliyinin assosiativ üzvlüyünü nəzərdə tutan sazişin tərkib hissəsidir və bunları bir-birindən ayırmaq lazım deyil.
Jurnalistlərin suallarını cavablandıran Ştefan Fule AB ilə Ermənistanın yeni formatda əməkdaşlığı çərçivəsində hər hansı sənədin imzalanması perspektivini qiymətləndirərkən bunun qeyri-mümkün olduğunu deyib. Ştefan Füle noyabradək hər hansı ciddi sənədin imzalanmasının mümkün olmayacağını bildirib. Bu AB-nin Rusiyanın təşəbbüsü ilə yaradılmış Gömrük İttifaqına qoşulan Ermənistana cavabı kimi qiymətlənidirilə bilər.
İrəvanda hamı hesab etmirki, hökumət Gömrük İttifaqı məsələsində doğru qərar qəbul edib. Ekspertlərin əksəriyyəti hesab edirlər ki, Ermənistanın Gömrük İttifaqına qoşulması qərarı ölkənin zərərinədir və Avropa Birliyi ilə münasibətləri inkişaf etdirmək daha zəruridir.Rəsmi İrəvan isə hesab edir ki, Ermənistanın inkişafında AB ilə münasibətlər və Gömrük İttifaqına qoşulmaq qərarı bir-birinə maneə yaratmayacaq.
Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz olaraq, sabah İrəvanda izdihamlı mitinq keçiriləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info