Dmitri Medvedev: “Azərbaycan enerji sahəsində böyük oyunçudur”
Tarix: 20.09.2013 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Rusiyanın baş naziri Dmitri Medvedev dünən baş tutmuş Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iştirakçılarının görüşü zamanı çıxışında Azərbaycanla Rusiyanın tarixi əlaqələrindən danışıb. Bu barədə “Trend” agentliyi məlumat verir. Medvedev:"Bizim ölkələr arasında olan xüsusi yaxın əlaqələr nəzərə alınmaqla bir sıra iqtisadi məsələlər üzrə razılaşdırma xəttinin aparılmasına ehtiyac var" deyib. Rusiya hökumətinin rəhbəri,Rusiyanın Baş naziri Dmitri Medvedev hesab edir ki, Bakı və Moskva enerji sektoru da daxil olmaqla iqtisadi məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıdırlar.Rusiya-Azərbaycan münasibətlərini çox yaxşı kimi xarakterizə edib: "Biz tərəfdaşıq və öz əməkdaşlığımızı bütün istiqamətlər üzrə inkişaf etdiririk. Belə olub, belədir və mən hesab edirəm ki, belə olacaq. Bu, praktiki olaraq əməkdaşlığımızın bütün aspektlərində özünü göstərir".
Bununla yanaşı, Medvedev hesab edir ki, Rusiya və Azərbaycanda energetika sahəsi də daxil olmaqla əməkdaşlıq prioritetləri var: "Azərbaycan da həmçinin enerji sahəsində böyük oyunçudur və mənə elə gəlir ki, biz tam bir sıra məsələlər üzrə razılaşdırılmış mövqe hazırlamalıyıq".Rusiya Baş nazirinin fikrincə, tərəflər müəyyən anlarda rəqib olacaqlar ki, bu da beynəlxalq təcrübədən irəli gələn normal haldır: "Lakin hesab edirəm ki, biz razılığa gələ biləcəyik. Hər halda, biz Rusiya hökuməti kimi bizdən asılı olanı edəcəyik. Ümid edirəm ki, bizim azərbaycanlı tərəfdaşlar - Azərbaycan hökuməti də bu mövqedən çıxış edəcək".




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”
19.09.2018
“Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
19.09.2018
Volkan Bozkır: “Münasibətlərimiz bütün dünyaya gözəl örnəkdir”
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info