Bakı gəmiqayırma zavodu istifadəyə verildi
Tarix: 20.09.2013 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Sentyabrın 20-də Bakının Qaradağ rayonunda müasir standartlara cavab verən gəmiqayırma zavodunun açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib. Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayacaq Bakı gəmiqayırma zavodunun tikintisi respublikamızda həyata keçirilən iri infrastruktur layihələrindən biridir. Təməli 2010-cu il martın 19-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş zavod Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərəcək. Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən videoçarxa və müəssisənin maketinə baxıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, zavodun tikintisi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə ARDNŞ, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Sinqapurun “Keppel Offshore & Marine” şirkəti tərəfindən “Bakı gəmiqayırma zavodu” MMC birgə müəssisəsi yaradılıb. Təsisçilər arasında 2010-cu il dekabrın 10-da imzalanmış razılaşmaya əsasən ARDNŞ, “AİŞ” və “Keppel” zavodun nizamnamə kapitalında müvafiq olaraq 65 faiz, 25 faiz və 10 faiz paya malikdirlər. Diqqətə çatdırılıb ki, zavod Finlandiya, Niderland, Almaniya, Çex Respublikası, Böyük Britaniya, Koreya Respublikası və Sinqapurda yüksək standartlar səviyyəsində istehsal olunan avadanlıqla təchiz edilib.
Dövlət başçısı zavodu işə salıb. Məlumat verilib ki, müəssisənin ərazisi ümumilikdə 620 min kvadratmetrdir. Burada 1630 metr uzunluğunda yanalma körpüsü, beşmərtəbəli inzibati bina, təlim mərkəzi, müxtəlif ofislər və anbarlar, istehsal və təmir-ötürmə sahələri, yeməkxana, tibb məntəqəsi, kompressor binası, zavodun elektrik təchizatının etibarlı təminatı üçün yarımstansiya binaları tikilib. Bildirilib ki, zavod ildə 25 min ton metal konstruksiya istehsal etmək gücünə malikdir. İstehsal imkanlarına görə Xəzər dənizi hövzəsində analoqu olmayan bu müəssisədə ildə 15 min ton yükgötürmə qabiliyyəti olan dörd və ya 70 min ton yükgötürmə qabiliyyəti olan iki tanker və dörd özül təchizat gəmisi tikmək, müxtəlif təyinatlı 80-100 gəmini təmir etmək mümkün olacaq. Zavodun inşası ilə paralel olaraq, onun fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyan, uzunluğuna görə Xəzər dənizində ən böyük üzən quru dok tikilib. Müəssisənin tikinti layihəsinin ikinci mərhələsində yeni quru dokun, əlavə istehsal və körpü sahələrinin tikintisi planlaşdırılır. Qeyd edilib ki, tam fəaliyyətə başlayanda zavodda ilkin olaraq 1250 nəfər işçi çalışacaq. Gələcəkdə isə işçilərin sayının 2000 nəfərə çatdırılması nəzərdə tutulur. Müəssisənin idarə edilməsi məqsədilə xüsusi təlim mərkəzi yaradılıb. Diqqətə çatdırılıb ki, zavodun istifadəyə verilməsi Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, ölkəmizdə yeni gəmi tikintisi sənayesinin yaradılmasına səbəb olacaq. Prezident İlham Əliyev zavodun fəaliyyətini əks etdirən stendlərə baxıb. Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra Sinqapurun Ticarət və Sənaye Nazirliyinin baş dövlət naziri Li Yi Şyan çıxış edib.
Daha sonra Azərbaycan Prezidenti üzən quru doka ad verilməsi mərasimində iştirak edib.
Sonda xatirə şəkli çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info