AŞ PA nümayəndələrinin siyasi partiyalarla görüşünün detalları məlum oldu
Tarix: 24.01.2020 | Saat: 10:01:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvlərinin Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşü keçirilib.
Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının nümayəndəsi, deputat Sevinc Fətəliyeva qonaqlara parlamentdə təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyət barədə söhbət açıb.
O, növbədənkənar parlament seçkilərinin keçirilməsini ölkəmizdə tətbiq edilən islahatların davamı kimi qiymətləndirib. Qeyd olunub ki, belə tərkibdə missiyanın bu gün burada təmsil olunması Azərbaycanda seçki prosesinin şəffaf və demokratik olmasının göstəricilərindən biridir.
Bildirilib ki, Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində irəliləyir, qurumun təsisatları ilə hərtərəfli əməkdaşlıq həyata keçirilir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün yaradılmış xüsusi komitəsinin üzvləri - İsveçrədən olan Alfred Heer, Estoniya nümayəndəsi Ravio Tam, Yunanıstandan olan Georgios Kartuqkalos Milli Məclisə keçiriləcək seçkilər ərəfəsində seçki kampaniyasının və siyasi mühitin dəyərləndirilməsi məqsədilə ölkəmizdə səfərdə olduqlarını vurğulayıblar.
Görüşdə iştirak edən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsə
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27.02.2020
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
27.02.2020
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin üstünlüyünü artıracaq
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info