Çexiya Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir
Tarix: 24.01.2020 | Saat: 11:11:00 | E-mail | Çapa göndər


Çexiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı genişləndirmək, xüsusilə də Azərbaycana ixrac və investisiyaları artırmaq niyyətindədir.

Bunu Trend-ə müsahibəsində Çexiyanın Xarici İşlər naziri Tomaş Petrşiçek deyib.
O bildirib ki, yeni layihələrin işə düşməsi üçün imkanlar birgə komissiyanın iclasında yarana bilər:
“Ümid edirik ki, komissiyanın iclası yaxın zamanlarda baş tutacaq. İqtisadi əməkdaşlıq Milli Məclisin yeni seçiləcək deputatları ilə çexiyalı həmkarları arasında da müzakirə oluna bilər. Çünki Çexiya Deputatlar Palatasının İqtisadi komitəsi bu il Azərbaycana səfər etməkdə maraqlıdır”.

Nazir qeyd edib ki, Çexiya Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqları dəstəkləyir.

T.Petrşiçek əlavə edib ki, 2020-ci ildə ölkələr Çexiyanın Bakıdakı səfirliyinin açılmasının 10 illiyini və Bakıda iki ölkə prezidentləri arasında imzalanmış Strateji tərəfdaşlıq barədə birgə bəyannamənin 5 illiyini qeyd edəcək.

2019-cu ilin yekunlarından danışan nazir deyib ki, ötən il ikitərəfli siyasi və iqtisadi münasibətlərdə, eləcə də mədəniyyət və təhsil sahələrində müsbət addımlarla yadda qaldı:

“İyunda Praqada siyasi məşvərətlər baş tutdu. Çexiya XİN rəhbərinin müavinləri Aleş Xmelarj və Martin Poveyşil azərbaycanlı həmkarları Xələf Xələfovla görüşüb və ikitərəfli münasibətləri müzakirə ediblər. Görüşlər zamanı bizim tərəfimizdən vurğulanıb ki, danışıqlara əsaslanan sülh yolu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yeganə üsuludur”.

Nazir vurğulayıb ki, ötən il ərzində ikitərəfli münasibətlər təhsil sahəsində də inkişaf edib:

“Tələbə vizalarının, eləcə də Vışeqrad təqaüdünün alınması üçün müraciətlərin sayı bir daha Çexiya universitetlərinin azərbaycanlı tələbələr arasında nə dərəcədə populyar olduğunu göstərdi”.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Azərbaycan Prezidenti Ərdoğana başsağlığı verdi
28.02.2020
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir
28.02.2020
Muxtar Babayev Kağızın Təkrar Emalı Fabrikini ziyarət etdi
28.02.2020
Azərbaycanda “Ağıllı şəhər” yaradılacaq
28.02.2020
Azərbaycanda avtomobil yük daşımalarının həcmi artıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info