Ankarada “Cənubi Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı
Tarix: 20.09.2013 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Sentyabrın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM), ölkəmizin qardaş respublikadakı səfirliyi və Türkiyə Nazirlər Kabineti yanında Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Cənubi Qafqazın yüksələn ulduzu: İlham Əliyev dövründə Azərbaycan” kitabının təqdimatı keçirilib.
SAM-ın mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova bildirib ki, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov və xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi Cavid Vəliyev və Prezident Administrasiyasının əməkdaşı Mehman Əliyev iştirak ediblər.
Təqdimat mərasimini Ankara Universitetinin professoru, kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan açıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, SAM-ın direktoru Fərhad Məmmədov, Atatürk Dil, Tarix və Mədəniyyət Mərkəzinin rəhbəri Derya Örs və başqaları çıxış ediblər.
Bildirilib ki, kitabda Azərbaycanda davamlı inkişafdan, siyasi vəziyyətdən, demokratikləşmə prosesindən, ölkənin modernləşməsindən, təhsil, təhlükəsizlik siyasəti və hərbi sahədə islahatlardan söhbət açılır. Həmçinin kitabda Azərbaycanın xarici siyasətinin təməlləri (1991-2003), Azərbaycanın xarici siyasət hədəfləri və milli təhlükəsizlik strategiyası, Azərbaycanın enerji siyasəti, Qarabağın Ermənistan tərəfindən işğalı (1991-2002), İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan–Ermənistan münasibətləri, İlham Əliyevin hakimiyyəti dövründə xarici siyasət kursu, Azərbaycan–Ermənistan münasibətlərində ABŞ amili, Türkiyə-Ermənistan münasibətlərində hadisələrin gedişatının Azərbaycana təsiri, Müasir Azərbaycanda İlham Əliyevin hakimiyyəti dövrünün iqtisadi siyasəti, Türkiyə-Azərbaycan münasibətlərinin iqtisadi siyasəti, ticarət dövriyyəsi, Regional əməkdaşlıq və enerji əlaqələri, Bakı–Tbilisi–Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Azərbaycanın Türkiyə, Rusiya və İran ilə əlaqələri kimi mövzular geniş yer alıb.
Kitabın həmmüəllifi və elmi redaktoru Çağrı Erhan, digər həmmüəllifləri Mitat Çelikpala, İhsan Çolak, Mehmet Dikkaya, Aysun Gürbüz, Kamer Kasım, Samir Mərdanov, Güner Özkan, Cavid Vəliyev və Reha Yılmazdır.
Təqdimatın sonunda beynəlxalq münasibətlər və strateji araşdırmalar sahəsindəki uğurları və SAM-ın fəaliyyətinə vermiş olduğu dəstəyə görə Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzi (USAK), Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzi (ORSAM), Avrasiya Araşdırmalar Mərkəzi (AVİM), Ankara Universiteti Avropa Xalqları Araşdırma və Tətbiqat Mərkəzinin direktoru Çağrı Erhan, Sabancı Universitetinin müəllimi və xarici işlər nazirinin müşaviri Bülent Aras, Giresun Universitetinin rektoru Aygün Attar, Kadir Has Universitetinin rektoru Mustafa Aydın və müəllimi Mitat Çelikpala, Türkiyənin keçmiş xarici işlər naziri Hikmet Çetin, “Turkish Policy Quarterly” jurnalının baş redaktoru Diba Nigar Göksel, Abant İzzet Baysal Universitetinin iqtisadi idarə elmləri fakültəsinin dekanı Kamer Kasım, Balıkesir Universitetinin müəllimi Səbahəttin Şimşir Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “STRATEJİ VİZYON” mükafatı ilə təltif olunublar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info