Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir
Tarix: 24.01.2020 | Saat: 11:17:00 | E-mail | Çapa göndər



Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik yanvarın 24-də keçirdiyi mətbuat konfransında bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan bütün dinlərə mənsub insanların yan-yana yaşadığı ölkədir. Azərbaycandakı yəhudi icması özünü evindəki kimi hiss edir.
İsrail ilə Azərbaycan arasında strateji münasibətlərin yüksək qiymətləndirildiyini, bu iki ölkənin dostluğunun hər kəs tərəfindən tanındığını və ona hörmət edildiyini deyən C.Dik bildirib: “Martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək. Deməliyəm ki, seçkilərin nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr inkişaf etməyə davam edəcək”.
Holokostun anım mərasimində ölkəmizin də təmsil olunduğunu bildirən səfir qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.
Diplomat qeyd edib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır. Ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 min nəfər olub. Bu, 2016-cı illə müqayisədə 5 dəfə artım deməkdir.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Belarus mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27.02.2020
Kiyevdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib
27.02.2020
5-ci nəsil döyüş təyyarələri Azərbaycan HHQ-nin üstünlüyünü artıracaq
27.02.2020
Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir
26.02.2020
Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqlar aparılır

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info