“Fars dili dərsləri“ filmi Berlin kino festivalının proqramına daxil edilib
Tarix: 24.01.2020 | Saat: 11:46:00 | E-mail | Çapa göndər



Rejissor Vadim Perelmanın "Fars dili dərsləri" filmi 70-ci Berlin kino festivalının Berlinale Special proqramına daxil edilib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, filmin dünya premyerası fevralın 22-də festivalın mərkəzi meydançasında olacaq. Məlumatda bildirlib ki, ekran əsəri dünya tarixinin ən qaranlıq səhifələrindən biri sayılan Holokostdan bəhs edir. Əsas qəhrəman ölümdən qaçmaq üçün düşərgədə özünü fars kimi qələmə verir və sağ qalmağın yeganə yolunu fars dilini öyrənməkdə görür.
Filmin quruluşçu rejissoru İlya Stüart, rejissoru Vadim Perelmandır. Aparıcı rollarda Nahuel Perez Biskayart və Lars Eidinger çəkilib. "Filmimiz dünyanın ən nüfuzlu film festivalının siyahısına düşdüyünə görə çox sevinirik. Biz Rusiya kino sənayesini təmsil edəcəyimizdən qürur duyuruq", - deyə İ.Stüart bildirib
"Fars dili dərsləri" filmi Rusiya, Almaniya və Belarusun ortaq istehsalıdır. Filmin məsləhətçilərindən biri məşhur Alman tarixçisi və yazıçısı Yörq Mülnnerdir. Onun məşhur tədqiqatları arasında cəbhənin hər iki tərəfində vuruşanlara dair sənədlərin toplandığı "Stalinqrad. Həqiqi tarix" əsəri var.
Çəkilişlərin bir hissəsi ikinci Dünya müharibəsi illərində Bobruysk qalasının ərazisində aparılıb. Orada sovet hərbi əsirləri üçün iki tranzit cəza düşərgəsi yerləşirdi.
Xatırladaq ki, Berlin kino festivalı fevralın 20-dən martın 1-dək keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçiriləcək
28.02.2020
“Avroviziya-2020“-də Azərbaycanı təmsil edəcək iştirakçı bəlli oldu
28.02.2020
Kinomuzun korifey sənətkarı
28.02.2020
Türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişafı məsələləri müzakirə olunub
28.02.2020
“ASAN radio” yeni layihəni təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info