ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək
Tarix: 24.01.2020 | Saat: 11:49:00 | E-mail | Çapa göndər



Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, “İcazələr” proqram təminatı yenilənəcək. Açıq məkandakı reklam daşıyıcıları və reklamların qeydiyyatının optimallaşdırılması məqsədilə agentliyin istifadə etdiyi “İcazələr” proqram təminatını Elektron Hökumətin İnkişafı Mərkəzi tam yeniləyıb. Hazırda proqram təminatı agentliyin Mərkəzi Aparatında test rejimində istifadə olunur və tezliklə regional idarələrdə də tətbiq olunacaq. Növbəti mərhələdə isə xidmət my.gov.az portalına inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması) sahibkar özü asanlıqla həyata keçirə biləcək.

Bununla yanaşı, reklam daşıyıcıları istehsalının təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılacaq. Agentliyin tabeliyində fəaliyyət göstərən istehsal müəssisəsi yeni nəsil reklam qurğularının keçən ildən başlanan istehsal prosesini daha da inkişaf etdirəcək. ADRA-nın təşəbbüsü ilə Bakıda əldə olunan razılığa əsasən Çinin Shenzhen GCL Electronics şirkəti müəssisəni LED panelləri ilə təmin edəcəkdir. Bu da hər bir LED tipli reklam qurğusunun yerli istehsal xərcini ölkəyə idxal xərcindən daha ucuz edəcəkdir. Ölkədə LED tipli reklam qurğularının sayının artması reklam operatorlarının da gəlirlərini artıracaq, reklam bazarının genişlənməsi üçün stimul yaradacaq.
Reklamvericilər üçün daşıyıcıların müasirliyi ilə yanaşı reklamın effektivliyi barədə də məlumat almaq da önəmlidir. Bu məqsədlə, mümkün ərazilərdə reklamların effektivliyinin ölçülməsi və nəticələr barədə sahibkarların məlumatlandırılması da qarşıya qoyulan hədəflərdəndir. Effektivlik indeksi beynəlxalq səviyyədə əsasən müəyyən vaxt ərzində reklam daşıyıcısı yaxınlığından keçən avtomobil və piyadaların sayı, həmçinin reklamın görünməsi imkanını əks etdirir. Bu məlumatların yığılması və emal olunması müşahidə kameraları, həmçinin onlara aid xüsusi proqram təminatı vasitəsilə mümkün olacaq.




 
Bölməyə aid digər xəbərlər
28.02.2020
Prezident İlham Əliyev Bakıda yeraltı piyada keçidinin açılışında iştirak edib
28.02.2020
Türkiyədən Azərbaycana müasir silah-sursat və hərbi texnika tədarük olunacaq
28.02.2020
Paraqvayda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
28.02.2020
DTK-nın ermənilərlə birlikdə törətdiyi Sumqayıt hadisələrinin ildönümüdür
27.02.2020
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11458

1 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
2 Ağstafada Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub
3 Masallıda Xocalı soyqırımının 28-ci ildönümü anıldı
4 Hakan Şükür: “Peşmanam” – Video
5 Avar Xəngəli – beləsini hələ görməmişdiniz-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info