Dövlət Gömrük Komitəsi Akademiyasının yaranmasının 8 ili tamam olur
Tarix: 24.01.2020 | Saat: 12:11:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin Akademiyası Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 24 yanvar 2012-ci il tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılıb. Akademiya ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Akademiyanın yaradılmasında əsas məqsəd gömrük orqanlarında xidmət etmək üçün yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması, gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün ilkin hazırlıq və gömrük xidməti əməkdaşları üçün ixtisasartırma təlimlərinin təşkil edilməsi, bununla yanaşı, elmi-tədqiqat işlərinin aparılmasıdır.
Akademiyanın prioritetlərindən ən başlıcası gömrük orqanlarında çalışmaq üçün lazım olan bütün ixtisaslar üzrə kadrların hazırlanmasıdır. Hazırda Akademiyada bakalavr pilləsi üzrə 3 ixtisas – Hüquqşünaslıq, İqtisadiyyat və İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbələr təhsil alırlar. İnformasiya təhlükəsizliyi ixtisası üzrə tələbə qəbulu 2019/2020-ci tədris ilindən etibarən aparılır. Beynəlxalq hüquq və Gömrük işi ixtisaslaşmaları üzrə magistr hazırlığı 2019/2020-ci tədris ilindən etibarən həyata keçirilir. 2020/2021-ci tədris ilindən yeni ixtisasların açılması nəzərdə tutulur.
2014/2015-ci tədris ilində Dövlət Gömrük Komitəsinin Akademiyası ilk tədris ilinə başlayıb. 2017/2018-ci tədris ilində ilk məzunlarını yola salıb.
Hazırda Akademiyada tələbələrin ümumi sayı 250 nəfərdir. Onlardan 241 bakalavr, 9 nəfər magistr təhsili alır.
Akademiyada təhsilin keyfiyyətinin artırılması, tətbiq olunan texnoloji yeniliklər və kadr potensialının yaxşılaşdırılması üçün son illərdə bir sıra tədbirlər həyata keçirilib.
Beynəlxalq əlaqələrin qurulması və əməkdaşlığın genişləndirilməsi prioritet olaraq qarşıya qoyulub. Akademiya bir sıra beynəlxalq qurumlarla əməkdaşlıq edir. Ümumdünya Gömrük Təşkilatı – ÜGT (World Customs Organisation - WCO), Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi (The International Network of Customs Universities - INCU), Rusiya Gömrük Akademiyası və s.
Akademiyanın əsas fəaliyyət istiqamətləri bakalavr və magistr hazırlığı ilə yanaşı, xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimlərinin təşkilidir.
Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlər yeni formatda və məzmunda keçirilir. Təlimlər Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının əməkdaşlarının peşə və ixtisas səviyyəsini artırmaq, gömrük orqanlarına xidmətə yeni qəbul edilmiş əməkdaşlara peşə biliklərinin və xidməti intizam qaydalarının tələblərinin öyrədilməsi məqsədilə təşkil olunur.
Akademiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə verilən “ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya”ya əsasən “CLİCK! e-Learning” bazasında mövcud olan resurslar üzrə gömrük xidməti əməkdaşları üçün təlimlərin keçirilməsi nəzərdə tutulub.
Akademiyada Beynəlxalq Standartlar Sisteminin tətbiqi, təhsilin və idarəetmənin ISO standartlarının tələblərinə uyğun səviyyədə təşkil edilməsi məqsədilə struktur bölmələrin əməkdaşları üçün təlimlər keçirilmişdir. Təlimlər və sertifikatların verilməsi prosesi Türk Standartları İnstitutu (TSE) tərəfindən həyata keçirilir. Akademiyanın ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) sertifikatını alması üçün bütün müvafiq tədbirlər görülmüşdür. Qeyd edək ki, Akademiyanın fəaliyyətini beynəlxalq standartların tələblərinə müvafiq olaraq həyata keçirmək məqsədilə Türkiyə Standartları İnstitutunun Azərbaycandakı nümayəndəliyi ilə Akademiya arasında müqavilə imzalanmışdır.
Akademiyada elmi fəaliyyət üzrə işlər aparılır. Gömrük sahəsi, iqtisadiyyat üzrə elmi məqalələrin dərci, professor-müəllim heyətinin beynəlxalq elmi konfrans və seminarlarda mütəmadi iştirakı olur. Ümumdünya Gömrük Təşkilatının PİCARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) illik iclaslarında iştirak edirlər.
Dövlət Gömrük Komitəsinin Akademiyasını bitirən məzunlara gömrük xidmətində işləmək imkanı verilir. Akademiyanın məzunları Dövlət Gömrük Komitəsinin rəhbərliyinin müvafiq əmri ilə müsabiqədən kənar işə qəbul olunurlar.
Könüllü gömrükçü dəstələrində Akademiyanın tələbələri aktiv şəkildə təmsil olunurlar.




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Azərbaycanda övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb
17.02.2020
Spirtli və enerji içkiləri üçün aksiz dərəcələri artırıldı
17.02.2020
Siqaretin qiyməti yenidən qalxacaq
17.02.2020
Daha bir neçə ərazi sintetik torlardan təmizləndi-FOTOLAR
15.02.2020
Daha bir marşrut xətti üzrə avtobuslar yenilənir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info