“Ermənistan ordusu özünəqəsd, xəstəlik, korrupsiya və cinayət mənbəyidir”
Tarix: 24.01.2020 | Saat: 13:11:00 | E-mail | Çapa göndər


Siyasi analitik Ehtiram Aşırlı: “Son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir”

Davit Tonoyanın Ermənistan Müdafiə Nazirliyinə rəhbərlik etdiyi dövrdə hərbi hissələrdə qeyri-döyüş şəraitində ölən əsgərlərin sayında durmadan artması müşahidə olunur. Köhnə rejim tərəfindən əsası qoyulan bu ənənə, yəni “dedovşina” bu gün də davam edir. Bu da düşmən ordusunda intihar və özünə-qəsd hallarının getdikcə çoxalmasına gətirib çıxarır.
Ermənistan baş naziri Nikol Paşinyanla “Qarabağ” klanı arasında getdikcə dərinləşən qarşıdurma erməni ordusunu tamamilə məhvə sürükləyir. Yanvarın 24-də düşmən tərəfindən işğal altında olan ərazilərimizdə erməni əsgərlər arasında baş vermiş silahlı qarşıdurma əminliklə demək olar ki, sonuncu olmayacaq. Siyasi analitik Ehtiram Aşırlı “Palitranews.az”a açıqlamasında bildirib ki, son vaxtlar Ermənistan ordusunda əsgərlərin bir-birini odlu silahla qətlə yetirməsi halları tez-tez baş verir. Bütün bunlar xalqdan gizlədilir, ölənlərin və intihar edənlərin sayı barədə dəqiq məlumat verilmir: “Xüsusilə də Ermənistan Müdafiə Nazirliyi əsgərlər arasında baş vermiş silahlı qarşıdurmanı qəza hadisəsi kimi təqdim edərək don geyindirməyə çalışır. Həmçinin, əsgərlərdən birinin digərinə atəş açması nəticəsində baş verən ölüm və ağır yaralanma hallarını ört-basdır etməyə çalışan Ermənistanın Müdafiə Nazirliyi əsgər ölümünün guya atəşkəsin pozulması nəticəsində baş verdiyi barədə məlumat yayaraq ictimaiyyəti aldadır. Bütün bunlar Ermənistan ordusundakı intizamsızlıq və özbaşınalıqdan xəbər verir.
Düşmən ordusunda baş verən ölüm hallarına görə bu vaxta qədər heç kəs cəzalandırılmayıb. Eyni zamanda, bunun kökündə işğalçı ölkənin ordusunda əsgər-komandir inamsızlığı, etimadsızlığı və nizamnamədənkənar halların baş verməsi, əsgərlərin yüksək rütbəli zabitlər tərəfindən qul kimi işlədilməsi dayanır. Ona görə də Ermənistanda yerli əhali övladlarını kütləvi surətdə hərbi xidmətdən yayındırmağa çalışır”. Ekspert qeyd etdi ki, valideynlər tərəfindən daxil olan şikayətlərin əksəriyyətini komandirlərin sıravi heyət üzərində zorakılıq hallarının olması, əsgərlərin alçaldılması və döyülməsi faktları təşkil edir: “Bu səbəbdən də valideynlər bütün vasitələrlə övladlarını hərbi xidmətdən yayındırır, müxtəlif bəhanələrlə ölkədən çıxarırlar. Statistik məlumatlar da təsdiqləyir ki, son illər Ermənistanı tərk edənlər arasında gənclər çoxluq təşkil edir. Onların əksəriyyəti hərbi xidmətdən açıq şəkildə imtina edir. Davit Tonoyanın quruma rəhbərliyindən sonra Ermənistan ordusunda heç nə dəyişməyib. Əksinə, vəziyyət getdikcə pisləşib. Hətta, gənc əsgərlərin özünəqəsd hallarının əksəriyyəti Davit Tonoyanın Müdafiə Nazirliyinə rəhbərliyindən sonra baş verdiyini qeyd etmək olar. Ordudakı özbaşınalıq, müəmmalı əsgər ölümləri Ermənistanda ictimai-siyasi vəziyyəti getdikcə gərginləşdirir. Artıq işğalçı ölkədə etiraz aksiyaları baş qaldırır. Valideynlər bildirirlər ki, Paşinyan bu barədə dərindən düşünməli, orduda nizam-intizam yaratmalı, quldurluq hallarına son qoymalıdır. Bu isə mümkün deyil. Son olaraq onu qeyd edək ki, bu ilin yanvar üçün artıq Ermənistan ordusunda 5 nəfər hərbçi ölüb, 10 nəfərədək hərbi qulluqçu isə yaralanıb. Bu statistik rəqəmlər bir daha Ermənistan ordusundakı acınacaqlı vəziyyəti üzü çıxarır”.

Cavidan




 
Bölməyə aid digər xəbərlər
18.02.2020
Türkiyə və Rusiya heyətləri yenə bir araya gəldi
17.02.2020
Ermənistan müxalifəti Paşinyan haqqında: Siz patoloji yalançısınız, yoxsa fərasətsiz qorxaq?
17.02.2020
Anna Xovner: “Paşinyanı dinləyərkən utandığımdan yerə girmək istədim”
13.02.2020
Paşinyanın referendum oyunu əks-effekt verə bilər
13.02.2020
Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11451

1 Azərbaycan sağlamlıq turizmi Estoniyada təqdim olunub
2 Professor Rauf Sultanov: “Ölkədə ekoloji vəziyyətlə bağlı geniş layihələr həyata keçirilir”
3 Demokratı Hikmət Hacızadə olan müxalifət...
4 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
5 Sarayın ləzzətləri: mutancana


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info