Masallıda “Könüllüllər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili layihəsi” reallaşdırlır
Tarix: 24.01.2020 | Saat: 13:50:00 | E-mail | Çapa göndər


Masallı rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Könüllüllər üçün çoxnövçülük üzrə intellektual oyunların təşkili layihəsi”nin ilk tədbiri baş tutub. Tədbir Masallı rayon Gənclər Mərkəzində keçirilib. Tədbiri giriş sözü ilə layihə rəhbəri İslam Ərzullazadə açaraq donor və layihə haqqında məlumat verib. Qeyd edib ki, layihə intellektual oyunların çoxnövçülük forması üzrə həyata keçirilir. Layihədə Masallı rayonunda fəaliyyət göstərən 8 dövlət və özəl qurumun könüllüləri komanda şəklində iştirak edir. Prezident tərəfindən 2020-ci ilin “Könüllülər İli” elan edilməsi bu fəaliyyətlə məşğul olan şəxslər üçün mühüm imkan və fürsətlər yaradır ki, onlar da bu kimi layihələrdə öz intellektual biliklərini sınayırlar. Daha sonra Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mehman Zahidli ölkədə və rayonda intellektual oyunların gənclərin bilik və bacarıqlarına müsbət təsir etdiyini bildirib, iştirak edən komandalara uğurlar arzulayıb. Daha sonra çöxnövçülük üzrə oyunların moderatoru Famil Məmmədov iştirakçılara oyunların qaydaları və prosedurunu izah edib. Daha sonra nəzərdə tutulmuş çöxnövçülük turniri həyata keçirilib. İlk gün oyunları üzrə Masallı rayon Gənclər və İdman İdarəsinin könüllü komandası və Masallı rayon Təhsil Şöbəsinin könüllü komandası I yeri qazanmışlar. Qeyd üçün bildirək ki, çoxnövçülük üzrə oyunların növbəti sessiyası sabah həyata keçirləcək.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.02.2020
IDEA təşkilatının “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub
20.02.2020
Masallıda “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu“ mövzusunda seminar-treninq keçirilib
20.02.2020
Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub
19.02.2020
Naxçıvanın yeni uçuş-enmə zolağı ilk təyyarəni qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info